Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur müğənni oğluna laylay yazdı (VİDEO,FOTO)

Məşhur müğənni oğluna laylay yazdı (VİDEO,FOTO)

Date: 15 December 2015 13:51

Xəsisliyi ilə ad çıxan tanınmış türkiyəli müğənni oğluna laylay yazıb.

ANS PRESS-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, söhbət Emrahdan gedir.

Müğənninin Sibel Erdoğandan olan oğlu Elyesanın bir yaşı tamam olub. Cütlük körpənin ad günü üçün dəbdəbəli parti təşkil edib.

Mərasimə ancaq ailənin ən yaxınları qatılıblar. Mərasimin sürprizi isə Emrahın yazdığı laylay olub. Laylay ilk dəfə məhz 1 yaş partisində səsləndirilib.

Ən maraqlısı odur ki, körpə üçün müğənni həyat yoldaşı ilə duet hazırlayıb. Bu mahnı onun yeni albomunda yer almayacaq.
ANS PRESS laylayın bir hissəsini təqdim edir:

Xoşgəldin sən bu dünyaya
Şükürlər olsun Allaha.
Evimizin nəşəsi oldun,
Bir günəş kimi doğdun.



Ad günü gecəsindən fotolar yayılsa da, müğənni oğlunun üzünü göstərməməyi qərar alıb. belə ki, fotoların hamısında bir yaşlı Elyesanın üzü gizlədilib.




Əmrahın Tayfun adlı bir oğlu da var. Əmrah uzun illər hazırda 22 yaşı olan oğlunu qəbul etməyib. Lakin DNT testlərinin nəticələri müsbət olduqdan sonra o qərarını dəyişməli olub.

Buna baxmayaraq ən xəsis müğənni kimi tanınan Əmrah övladının gələcəyi, təhsili üçün demək olar ki, heç nə etməyib. Tayfun dəfələrlə atasında təhsilinə kömək üçün müraciət etsədə onun səyləri cavabsız qalıb.

Əmrah xəsisliyi ilə tez-tez mətbuatın gündəminə gəlir.

Tags:  Məşhur müğənni oğluna laylay yazdı VİDEO FOTO

RƏYLƏR


Top news