Prado Muzeyinin eksponatlarına baxmaq üçün Madridə getməyə də bilərsiniz

Prado Muzeyinin eksponatlarına baxmaq üçün Madridə getməyə də bilərsiniz
14:28 15 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 15 dekabr, AZƏRTAC
İspaniyanın və dünyanın ən məşhur muzeylərindən olan Prado artıq hamı üçün daha əlçatan olub. Madriddə yerləşən bu muzeyin eksponatlarına www.museodelprado.es səhifəsi vasitəsilə baxmaq olar.
Artıq hər kəs internet vasitəsilə 1800 rəssamın bu muzeydə saxlanılan 10 mindən artıq əsərinə baxa bilər. Hər bir əsəri yaxından izləmək, onun haqqında audio fayl dinləmək imkanları da yaradılıb.
Prado Muzeyində El Bosxo, Qoya, Velaskes, Rafael, El Qreko, Rubens və digər məşhur rəssamların əsrləri saxlanılır.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prado_Muzeyinin_eksponatlarina_baxmaq_uchun_Madride_getmeye_de_bilersiniz-911354

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR