Qutusu içindəkindən keyfiyyətli Yeni il hədiyyələri

Qutusu içindəkindən keyfiyyətli Yeni il hədiyyələri
15:05 15 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Köhnə sürücülük vəsiqəsi olanlar "mexanika" sürə biləcəklərmi? (15 Fevral 2017 13:05)

Hər il hədiyyə bağlamaları ilə bağlı şikayətlər olur

Yeni ilin gəlişinə sanılı günlər qaldığından bir çox mağaza və marketlərdə, həmçinin, bazarlarda hədiyyə paketləri satışa çıxarılıb. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, balacaların sevincinə səbəb olan bu hədiyyə qutularında bəzən onların sağlamlığı üçün təhlükə törədəcək şirniyyatlara da rast gəlmək olur. Belə ki, həmin qutulara bəzən vaxtı ötmüş məhsullar qoyulur. Həmin hədiyyələri alarkən içindəki məhsulların keyfiyyətini yoxlamaq mümkün olmadığından bəzi şirkətlər bayramdan istifadə edərək köhnə məhsullarını əhaliyə satmağa başlayırlar.

Valideyn Süsən Əhmədova deyir ki, əvvəllər hər il övladına bayram hədiyyəsi alırdı, lakin son iki ili o, özü boş bayram qutusu alaraq, onun içini istədiyi keyfiyyətli şirniyyatlarla doldurur və tam əmin olur ki, övladı sağlam qidalanacaq. "Əvvəllər oğlum heç kimdən geri qalmasın deyə ona da marketdən bayram hədiyyəsi alırdım, sonradan gördüm ki, qutunun içindəki məhsulların dəyəri verdiyim puldan qat-qat ucuzdur, bundan başqa, şirniyyatlar keyfiyyətsizdir, bəzilərinin üzərində tarixi göstərilməyib, bəzilərinin isə hansı ölkənin istehsalı olduğu bilinmir", - deyə valideyn qeyd etdi.

Satıcılar isə şikayət hallarının olmadığını iddia edirlər. Mağazaların birində satıcı Elşad Məmmədov deyir ki, artıq 10 ilə yaxındır ki, eyni mağazada işləyir, indiyədək satdığı hədiyyə bağlamalarından heç kim şikayət etməyib: "Bizim mağazada heç vaxt belə hal olmayıb, amma olarsa da, buna görə satıcı deyil, mağaza rəhbəri məsuliyyət daşıyır. Çünki şirkətlərlə müqavilə bağlanır və bu zaman gərək onlar hədiyyə qutularının içindəkilər haqqında məlumat alsınlar", - deyə satıcı bildirdi.

Araşdırmalardan bəlli oldu ki, hədiyyə bağlamalarının qiyməti 5 manatdan 50 manatadək dəyişir. Təbii ki, qiymət fərqinə görə qutunun içindəki şirniyyatlar da müxtəlifdir. Amma orta qiymətə (10 manat) olan bayram hədiyyələrinin bəzilərinin qutularının üzərində hədiyyənin xarici ölkə istehsalı olduğu qeyd olunsa da, içindəki məhsulların çoxu yerli şirkətlərin istehsalıdır. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hər il Yeni il hədiyyə bağlamaları ilə əlaqədar şikayətlərin olduğunu dedi: "Bizə bu hədiyyə paketləri ilə bağlı bu il hələ ki, şikayətlər gəlməyib, amma hər il belə hallarla rastlaşırıq, əsasən də o bağlamanın içində olan qida məhsulları ilə bağlı. Vaxtı keçmiş, istifadəyə yararsız olan malları bu hədiyyə paketlərinin içinə doldurub satırlar. Ona görə valideynlər həm əyləncə müəssisələrində, teatrlarda uşaqlara verilən hədiyyələrdən, həm də mağazalarda satılan hədiyyələrdən ehtiyatlı olmalıdırlar", - deyə E. Hüseynov bildirdi. 

Sədr onu da əlavə etdi ki, əgər qutunun içindəki keyfiyyətsiz şirniyyatı istehsal edən şirkətlərlə bağlı şikayətlər daxil olarsa, həmin istehsalçılar 500-1500 manat civarında cərimələnə bilərlər. 

Eyyub Hüseynovun da qeyd etdiyi kimi, yeni ilin başlamasına sanılı günlər qaldığı üçün mədəniyyət müəssisələri, əyləncə mərkəzlərində də artıq hazırlıq işlərinə başlanılıb. Bu mədəniyyət ocaqları Yeni il şənlikləri vasitəsilə uşaqları sevindirdikləri kimi, eyni zamanda verdikləri hədiyyələrlə də onları sevindirməyi bacarır. Lakin bəzən bu sahədə xoşagəlməz hallar müşahidə olunur. 

Elə buna görədir ki, son zamanlar teatr və ya uşaq əyləncə mərkəzlərinin biletlərinə tamaşalara baxmaqla yanaşı, hədiyyə almaq daxil edilmir. Çünki qiyməti 5-10 manat olan biletlər bu qiymətə hansı keyfiyyətli hədiyyəni təqdim edə bilər?!

Bir neçə mədəniyyət müəssisələri ilə əlaqə saxlayıb Yeni il qabağı təşkil olunan şənliklərdə uşaqlara hədiyyənin verilib-verilməyəcəyi ilə maraqlandıq. Bəlli oldu ki, onlardan bir çoxu balacalara yalnız maraqlı bayram şənliyi təqdim edəcək, lakin alınan biletə hədiyyə daxil edilmir. 

Bəzilərində isə hədiyyə vermək ənənəsi hələ də davam edir. Məsələn, Milli Dram Teatrından dekabrın 26-dan yanvarın 2-dək uşaqlar üçün bayram şənliklərinə hazırlaşdığını bildirdilər: "Şənlikdən sonra körpələrə hədiyyə təqdim olunacaq, hədiyyənin keyfiyyətinə isə rəhbərliyimiz birbaşa cavabdehdir. O, şirkətlərdən sertifikat alıb, onlarla müqavilə bağlayıb. Bizim verdiyimiz hədiyyədən heç kim şikayət edə bilməz", - deyə teatrın biletə nəzarət şöbəsindən vurğuladılar.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, artıq bir həftəyə yaxındır ki, monitorinqlərə başlanılıb: "Hədiyyə bağlamalarının içindəki məhsullar laborator şəraitdə yoxlanılır. Hələ ki, heç bir nöqsan aşkar olunmayıb, lakin yoxlamalarımız davam edir. Bu istiqamətdə valideynləri də diqqətli olmağa səsləyirik. İstər hər hansı satış obyektindən alınan hədiyyə bağlamaları olsun, istərsə də, teatrlar, uşaq əyləncə mərkəzlərində verilən hədiyyə bağlamaları olsun, valideynlər onların qutusunun üzərinə mütləq diqqət yetirməlidirlər. Qutunun üstündəki qeyd olunan tarix ilə içindəki məhsulun tarixi üst-üstə düşməlidir", - deyə qurum rəsmisi vurğuladı.

Uşaqların keyfiyyətsiz, orqanizmə zərərli məhsullarla qidalanmaması üçün həmin qutulara nəzarət gücləndirilməlidir. Xüsusilə də uşaqların təhlükəsizliyi üçün kimyəvi maddələrdən hazırlanan bayram oyuncaqları və tarixi ötmüş, keyfiyyətsiz məhsullarla dolu bayram hədiyyələrini almamaq məsləhətdir. Övladınızı sevindirmək istəyirsinizsə, ona ya özünüz xüsusi hədiyyə paketləri hazırlayın, ya da alarkən həmin hədiyyənin məhsullarına dəfələrlə nəzarət edin.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyənin 72 yaşlı ulduzu ağzını yuma bilmir - FOTO

27 İyun 2017 14:33

Hazırlanmasına 17 il sərf olunan ilk Azərbaycan-Çin dili lüğəti təqdim edilib

27 İyun 2017 14:27

"Mənə iyrənc təkliflər edirlər" - Rəqqasə Oksana - VİDEO - FOTO

27 İyun 2017 14:27

CNN-in 3 jurnalisti istefa verdi - XƏBƏR SİLİNDİ DEYƏ

27 İyun 2017 14:23

ABŞ-ı fəth edən Üzeyir: "Heç inanmırdım ki, ABŞ-da məşhurlaşa bilərəm" - VİDEO

27 İyun 2017 14:22

AŞPA-da "əcinnə ovu": Aqramunt vəzifədən gedə bilər

27 İyun 2017 14:19

Çempionlar Liqasında yeni mövsüm başlayır

27 İyun 2017 14:17

Ramiz Əzizbəyli: "Afaq Bəşirqızı qələt edir..."

27 İyun 2017 14:16

Məsut Özil məşhur modellə eşq yaşayır – Həftəsi 1.2 milyona... - FOTOLAR

27 İyun 2017 14:13

Srebrenitsadakı soyqırımda Hollandiya hərbçilərinin iştirakı rəsmən təsdiqlənib

27 İyun 2017 14:12

Azərbaycanda daha bir faciə: Əməliyyat masasında öldü

27 İyun 2017 14:12

"Qarabağ"ın məşqi

27 İyun 2017 14:10

Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb

27 İyun 2017 14:07

30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"

27 İyun 2017 13:58

Məşuqəsinə hicab geydirib arvadı kimi təqdim etdi: Ağılasığımaz XƏYANƏT - FOTO

27 İyun 2017 13:57

Xalq artisti Qəndab Quliyeva dəfn olunub

27 İyun 2017 13:57

Tanınmış KVN-çi hərbi xidmətdə...

27 İyun 2017 13:54

Boliviya prezidenti: Dünyada narkotrafikin artmasında günahkar ABŞ-dır

27 İyun 2017 13:50

Əmziklə bəslənən balıqlar - VİDEO

27 İyun 2017 13:48

Ağcabədi sakini əməliyyat masasında ölüb

27 İyun 2017 13:42

"Onu gənc qızla zina edərkən tutdum" - FOTO

27 İyun 2017 13:42

Qadının telefonunu əlindən alan keçmiş məhkum tutuldu

27 İyun 2017 13:39

17 yaşlı gəncin göldə son çırpınışları - Dostları zarafat etdiyini düşündülər... - VİDEO (+18)

27 İyun 2017 13:38

Mənzillərdən oğurluq edən şəxslər ələ keçdi

27 İyun 2017 13:37

Türkiyənin tanınmış iş adamı qəzaya düşüb

27 İyun 2017 13:37

Argentinalı fanat: "Bakı möhtəşəmdir" - FOTO

27 İyun 2017 13:37

Uşaqlara meyl edən ailəli qadın ehtirasının qurbanı oldu - FOTO

27 İyun 2017 13:32

Yaşar Cəlilov rəqibləri haqda danışdı

27 İyun 2017 13:32

Arda Turan üçün 65 milyon avro

27 İyun 2017 13:27

“Azərişıq” Bakının bir hissəsində elektrik enerjisinin kəsilməsinin səbəbini açıqlayıb

27 İyun 2017 13:22

Bakının yarısı işıqsız qaldı

27 İyun 2017 13:22

Hansı hərbi hissəyə düşdüyünüzü BU YOLLA ÖYRƏNİN...

27 İyun 2017 13:20

Sabirabadda BƏDBƏXT HADİSƏ: Ölən var

27 İyun 2017 13:17

Paytaxtda 32 eldar şamı və sərv cinsli ağacların kəsilməsi ilə bağlı polisə müraciət olundu

27 İyun 2017 13:15

“Azərsu” maye xlor alacaq

27 İyun 2017 13:12

Tramp Hindistanın baş naziri ilə görüşdü

27 İyun 2017 13:10

ETSN Bakıda 32 qanunsuz ağac kəsilmə faktı aşkarladı

27 İyun 2017 13:09

Azərbaycanda axtarışda olan şəxslər tutuldu

27 İyun 2017 13:05

Moskvada erməni iş adamı güllələndi

27 İyun 2017 13:05

Sabah hava necə olacaq?

27 İyun 2017 13:03

Nazirlik Bakıda ağacların qanunsuz kəsilməsi faktını aşkarlayıb

27 İyun 2017 13:02

Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

27 İyun 2017 12:59

Səmra Rəhimli stilistlə sevgilidir?

27 İyun 2017 12:59

"Atam bunu gördü və əsəbləşdi" - Məlahət Abbasova - VİDEO - FOTO

27 İyun 2017 12:57

Bədii gimnastika üzrə Gəncə açıq birinciliyi başa çatıb (FOTO)

27 İyun 2017 12:55

Ötən gündə 3 qəza - 2 ölü, 7 yaralı

27 İyun 2017 12:55

Müəmmalı qətlin üstü açıldı

27 İyun 2017 12:54

İçindəki sərnişinlərlə birlikdə yoxa çıxan qatar - DƏHŞƏTLİ HADİSƏ - VİDEO

27 İyun 2017 12:53

Nailə Mirməmmədli: "Xalqın zövqü yoxdur..."

27 İyun 2017 12:53

Arıqlamaq istəyənlər üçün

27 İyun 2017 12:50