Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan dolması Ukraynada kulinariya festivalında uğurla təqdim edilib

Azərbaycan dolması Ukraynada kulinariya festivalında uğurla təqdim edilib

Date: 15 December 2015 15:18


Kiyev, 15 dekabr, AZƏRTAC
Hər il Poltava İqtisadiyyat və Ticarət Universitetinin (PİTU) bazasında Texnoloq Gününə həsr edilən “Peşə ustalığı bayramı” adlı beynəlxalq kulinariya festivalı keçirilir. Tədbirdə ənənəvi olaraq Ukrayna, Azərbaycan, Gürcüstan, Polşa və Türkmənistanın ictimai iaşə müəssisələrinin nümayəndələri və restoran sahibləri milli kulinariya nümunələrini təqdim edir, ustad dərsləri keçirlər.
Azərbaycan nümayəndələri bu il festivalda yarpaq dolmasını təqdim ediblər. PİTU-da fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin direktoru, dosent Yaşar Alxasov dolmanın Azərbaycan xalqının mühüm qeyri-maddi mədəniyyət faktı kimi milli-etnik mənşəyindən danışıb.
Azərbaycan mətbəxinə dair guşədə süfrə açılaraq, üzərinə dolma və qatıq, samovar və çaynik, armudu stəkanlar, paxlava, müxtəlif mürəbbələr, ölkəmizin təbiətinin bəhrələrindən olan nar, xurma və limon düzülüb.
Kulinariya bayramının iştirakçıları və qonaqları dolmanın hazırlanması texnologiyası, yəni üzüm yarpağına ətirli göyərtilərin və ədviyyatlarin əlavə edildiyi quzu əti qiyməsinin bükülməsi ilə tanış olublar.
Festivalın sonunda Azərbaycanın misilsiz milli yeməyi olan dolma dequstasiya edilib.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev





Tags:  Azərbaycan dolması Ukraynada kulinariya festivalında uğurla təqdim edilib


RƏYLƏR


Top news