Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ombudsman Aparatı: Nardaran sakinlərindən müraciət daxil olmadı

Ombudsman Aparatı: Nardaran sakinlərindən müraciət daxil olmadı

Nardaran sakini Polis Bölməsinə tüfənglə getdi (20 Mart 2017 13:05)
Nardaran sakini qumbara ilə polis bölməsinə getdi (09 Mart 2017 16:04)
Nardaran sakini avtomat və qumbara ilə polis bölməsinə getdi (09 Mart 2017 12:42)

Tarix: 15 Dekabr 2015 15:42

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) ünvanına Nardaran sakinlərindən müraciət daxil olmayıb.

Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib. Aparatdan bildirilib ki, eyni zamanda Ombudsmanın "Qaynar xətti"nə də hər hansı bir müraciət daxil olmayıb.

Qeyd olunub ki, bu məsələ diqqətdə saxlanılacaq, Nardaran sakinlərindən müraciət daxil olacağı təqdirdə qanuna müvafiq addımlar atılacaq.

Qeyd edək ki, bir qrup Nardaran sakini Ombudsman Elmira Süleymanovaya müraciət etməsi haqda xəbər yayılıb.

Milli.Az


Teqlər:  Ombudsman Aparatı Nardaran sakinlərindən müraciət daxil olmadı



RƏYLƏR


Top xəbərlər