"Düşmənlərimi özüm qazanmışam, dostlarımı sözüm"

"Düşmənlərimi özüm qazanmışam, dostlarımı sözüm"
16:12 15 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Ramiz Rövşənin 69 yaşı tamam olur. 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olmuş Ramiz Rövşən Azərbaycan Dövlət Universitetinin (indiki BDU - red.) Filologiya fakültəsini və Moskvada ali ssenari kurslarını bitirib. Şeirləri 10-dan çox dilə tərcümə olunub.

Milli.Az modern.az saytının ad günü münasibətilə Ramiz Rövşəndən aldığı müsahibəni təqdim edir:

- Ramiz müəllim, 69 yaşınız tamam oldu. Sizcə, oxucular sizi niyə bu qədər çox sevirlər?

- Adamın özü haqqında danışması bir az qəribə görünür. Sizə deyim ki, insanlar birinci növbədə səmimiyyəti görürlər. Burada söhbət yaradıcı adamın şairin özünə qarşı səmimiyyətindən gedir. Özünə qarşı səmimi olmayan adam heç kəsə səmimi ola bilməz. İnsan öz hislərini, yaşadıqlarını səmimi ifadə edirsə, başqa adamlar da onun yazdıqlarında özlərini tapırlar. Bütün yer kürəsində olan insanlar  təxminən eyni hisləri yaşayırlar. Sadəcə, insan var ki, həmin hisləri ifadə də bilir. Allah ona bu bacarığı verib. Amma Ramiz Rövşəndən qat-qat duyğulu, həssas insanlar var ki, onlar öz hislərini bu cür ifadə edə bilmirlər. Mən bunu dəfələrlə görmüşəm. Əgər onlar hislərini, yaşadıqlarını ifadə edə bilsəydilər, Allah bilir, nələr yaradardılar. Biz də məhz bu cür insanların bir növ dilmancıyıq. Təkcə insanların yox, ağacın da, otun da, quşun da dilmancıyıq. Şeir də elə budur!

- İnsanlar özlərini sizin şeirlərinizdə necə tapa biliblər? Bunun hər hansı düsturu varmı?

- İnsan özünü görəndə tapır, özünü tapanda sevir. Bizim də şeirlərimizdə insanlar özlərini görürlər, tapırlar, hiss edirlər . Şairə olan münasibət də şeirdəki hislərin doğmalığından asılıdır. Gözəl bir deyim var: "Ən gözəl şeir odur ki, oxuyan kimi deyirsən ki, elə bil dilimin ucunda idi".

Şeir insana bu qədər doğma olmalıdır. Sizə bir şey deyim: yazan zaman oxucu haqqında düşünməyən, "oxucu bu barədə nə deyəcək" deməyən şairi mən qəbul etmirəm. Oxucu da bunu hiss edir. Yəni o şeiri oxuyan kimi anlayır ki, sən yazan zaman onu düşünmüsən, ya yox. Sən oxucuya yarınmağa çalışma. Oxucuya yarınmağa ehtiyac yoxdur, namusla, vicdanla duyduqlarını çatdırmağa çalışmalısan. O zaman oxucu həmişə yanında olacaq. Nazim Hikmətin bir sözü var: "Pətəyində balın olsun, arısı gələr Bağdaddan".

- Mirşahin sizin haqqınızda demişdi ki, o, Azərbaycanın ən Ramiz Rövşən şairidir. Ramiz Rövşən şairi olmaq nə deməkdir?

- Bu ifadənin anlamını Mirşahin məndən qat-qat yaxşı açıqlayar. Amma mənə elə gəlir ki, Mirşahin bəlkə də ən dəqiq sözü deyib. Çünki heç kəs heç kəsi əvəz edə bilməz. Bu, o demək deyil ki, Ramiz Rövşən elə bircə Ramiz Rövşəndir. Hər şair elə özü ola bilən şairdir. Mən elə başa düşürəm ki, o ifadənin əsas mənası o, elə özüdür. Məndə çox şey dəyişməyib. Hər bir insan bir təcrübədir. Hər insanın sonu məlumdur. Doğulur, yaşayır və ölür. Amma yaşadığı müddətdə hər adam bir təcrübədir. Mirşahinin sözünün məğzi də odur ki, Ramiz Rövşən də bir təcrübədir. Mən onun ifadəsini çox dəyərləndirirəm. Heç kəs heç kəsi əvəz edə bilməz. Deyirlər ki, əvəzolunmaz insan yoxdur. Xeyr, əvəz olunan insan yoxdur. Bir yazımda da demişəm. Təsəvvür edin, nə boyda ali bir riyaziyyat, nə qədər hesablamalar var, onlar dünyaya gələn hər bir insanın seçilmiş olduğunu deyir. Əgər biz də dünyaya gəlişiksə, deməli, əvəz olunan deyilik. Mirşahinin sözündən də belə başa düşürəm ki, Ramiz Rövşən elə Ramiz Rövşəndir.

- 69 il bundan qabaq, 1946-cı ilin bu günündə anadan olmusunuz. Amma şair Ramiz Rövşənin ruhu qədim olar. Şeirlərinizin birində də yazmısınız: "Dünya mənə tanış gəlir". Yəqin ruhunuz dünyanın daha qədim sifətini öz yaddaşında saxlayıb...

- Bu mövzulardan danışanda bir az ehtiyat edirəm. Amma ruhumuzun yaşından söhbət gedirsə, deyə bilərik ki, həm çox cavandır, həm də çox qədimdir. Bunun başqa cavabı ola bilməz. Ruhumuzun yaşı bizim cismani yaşımızdan qat-qat böyükdür. Mən insan ruhunun əbədiliyinə inanan bir adamam. Bunun fəlsəfi və dini tərəflərini bir kənara qoyuram. Amma yenə də düşünürəm ki, insan tək cisimdən ibarət deyil. Əgər belə olsaydı, onda bəşəriyyət sönüb solub gedərdi. Əgər belə olsaydı, onda ədəbiyyat heç olmazdı. Ruhumuzun yaşı haqqında danışmaq bir az qeyri-ciddilik olar. İnsan ruhu əbədidir. "Ruhən cavanam" deyirlər. Ruhən cavan adam elə ruhən ən qədim, ən yaşlı olandır. Çünki ruhun cavanlığı düşüncənin, ağlın, hər şeyin diriliyinə dəlalət edir. Mənim bir şeirim var idi: "Başdanmı qocalan çox, ayaqdanmı kim bilir?" Allah bizi başdan qocalmağa qoymasın. Başqa hər şey düzələr.

- Hazırkı fəalliyətinizdən danışaq. Qarşıdakı ildə kitabınız çap olunacaq?

- Hərdən əvvəlcədən deyirəm, amma sonra alınmır. Düşünürəm ki, bu dəfə mütləqdir. Gələn il ən azı dörd cildliyim çap olunacaq. Həmin cildlərdə oxucularım cavanlıqda yazdığım və heç yerdə çap olunmayan c xeyli şeirlərimə də oxucular rast gələcəklər. İki cild poeziya, qalan iki cild isə nəsr və esselerdən ibarət olacaq.

- Bu gün həyatda olmayan kimlərdən ad günü təbriki eşitmək istəyərdi?

- Elə adamlar çoxdur. Doğmalarımın, dostlarımın içərisində bu cür adamlar kifayət qədərdir. Amma bu gün yanımda olan dostlarım da çoxdur. Mən dost sarıdan heç vaxt əziyyət çəkməmişəm. Amma itirdiklərim də çoxdur. Lakin bir fikir də var ki, mən onları itirməmişəm. Onlar hər zaman mənimlədirlər. əgər yaddaşımdadırlarsa, bu gün onları yaşada biliriksə, deməli, onlar hələ mənimlədirlər. İtirdiklərimin içərisində səsini eşitmək istədiyim adamlar çoxdur. Amma ürək dostlarımın hamısı məni təbrik edib.

- Amma heç zaman görmədiyiniz dostlarınız da var. Onlara nə kimi ürək sözləriniz var?

- Özüm üçün bəlkə də ən böyük xoşbəxtlik onu sayıram ki, dostlarımın sayı tanıdıqlarımın sayından qat-qat çoxdur. O dostlar küçədə, teatrda, hara gedirəmsə, hər yerdə rastıma çıxıb ürək sözlərini deyirlər. Bu məni çox sevindirir. Xüsusən də sizin kimi cavanlar arasında belələri çoxdur. Bu, eqoist sevinc deyil. Bu sevinc sözə, şeirə sevgi ilə yanaşan dostların sevincidir. Bir dəfə çıxışımda demişdim ki, dostlarım düşmənlərimdən çoxdur. Düşmənlərimi özüm qazanmışam, amma dostlarımı sözüm qazanıb. Tanımadığım dostlar tanıdığım dostlardan daha çoxdur. Onların hamısına salamlarımı çatdırıram. Bilirəm ki, hamısı təbrik etmək istəyir və edirlər də. İnternetdə mənə çoxlu təbriklərin olduğunu bilirəm. Hamısı sağ olsunlar, var olsunlar...

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

SSRİ rəhbərliyinin kağız üzərində qalmış növbəti qərarı

25 İyul 2017 18:52

"45 yaşım var, ondan min dəfə gözələm" - FOTO

25 İyul 2017 18:52

Ağacları kəsib kafe tikdilər

25 İyul 2017 18:48

19 yaşlı stilist rəfiqəsi ilə boğazları kəsilmiş vəziyyətdə tapıldı - FOTO

25 İyul 2017 18:47

Telefon və üst geyimlərin təyyarəyə keçirilməsi pullu ola bilər - Rusiyada

25 İyul 2017 18:42

Rihanna Makronla görüşə gəlir: MARAQLI SƏBƏB

25 İyul 2017 18:38

Ağstafada canavar qadına hücum etdi

25 İyul 2017 18:37

Ronaldu: "Hər il onlardan daha yaxşı olmağa çalışıram"

25 İyul 2017 18:37

“Android” sistemli ilk “Nokia” smartfonunun təqdimat tarixi məlum olub

25 İyul 2017 18:35

Azərbaycan Prezidenti Liberiya Prezidentini təbrik edib

25 İyul 2017 18:35

Tibbdə yenilik: Ana bətnində İİV-ə yoluxan uşaq tam sağaldı

25 İyul 2017 18:33

Bakıda imtahandan qayıdan abituriyent itkin düşdü

25 İyul 2017 18:32

O da kənd həyatını seçdi

25 İyul 2017 18:32

Hacıqabulda sənaye məhəlləsi yaradılacaq

25 İyul 2017 18:29

6 qazaxıstanlı tələbə Misirdə itkin düşdü

25 İyul 2017 18:27

Ağstafada 59 yaşlı qadın canavarların hücumuna məruz qalıb

25 İyul 2017 18:27

İş adamı villasında intihar etdi: övladlıqdan çıxarılıbmış - FOTO

25 İyul 2017 18:27

İlham Əliyev Maldiv prezidentini təbrik edib

25 İyul 2017 18:26

Terrorçular öz taktikaları ilə qətlə yetirildilər - VİDEO

25 İyul 2017 18:23

Rusiya ilk pilotsuz təyyarəsini təqdim etdi - FOTO

25 İyul 2017 18:22

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

25 İyul 2017 18:22

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

25 İyul 2017 18:22

Könüldən Namiq etirafı: "Onunla oxumaq istəmirdim"

25 İyul 2017 18:22

Azərbaycan XİN Pakistandakı terror aktını pisləydi

25 İyul 2017 18:22

Bülənt Ərsoy şəkillərini yayanı təhdid etdi

25 İyul 2017 18:20

"Panatinaikos"da yeni müqavilə

25 İyul 2017 18:17

"Həyatını cadu ilə qurursa..." - Tünzalə

25 İyul 2017 18:17

ABŞ-dakı erməni mafiyasının gizlinləri - DOSYE

25 İyul 2017 18:17

ABŞ donanması İran gəmisinə atəş açdı

25 İyul 2017 18:17

Səfir: "Azərbaycan Almaniyanı neftlə təchiz edən ölkələr sırasında beşinci yerdədir"

25 İyul 2017 18:17

150 manat cərimə oluna bilərsiniz

25 İyul 2017 18:13

Qənirə Paşayeva mükafatlandırılıb

25 İyul 2017 18:09

Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində valideynlər polislə mübahisə ediblər

25 İyul 2017 18:07

"Pula görə evlənir, 6 ay sonra da boşanırlar" - Eldar - FOTO

25 İyul 2017 18:05

Bakıda qəbul imtahanı verən 17 yaşlı abituriyent yoxa çıxıb – FOTO

25 İyul 2017 18:04

Azərbaycan Prezidenti Maldiv və Liberiyanın dövlət başçılarını təbrik edib

25 İyul 2017 18:02

4 min nəfərə yaxın müəllim imtahan verib

25 İyul 2017 18:02

Mehriban Əliyevanın nəvəsi ilə maraqlı FOTOSU

25 İyul 2017 17:58

Maradona: "Yeni sistem tətbiq edilsəydi, "tanrının əli" də olmayacaqdı"

25 İyul 2017 17:57

Rühəngiz küsülü olduğu Səməd Səmədovla bir arada - FOTO

25 İyul 2017 17:57

Göygöldə zəncirvari qəza

25 İyul 2017 17:57

Ermənistanda ali təhsil almaq istəyənlərin sayı azalır

25 İyul 2017 17:57

4 minə yaxın şəxs müəllim işləmək üçün imtahan verdi

25 İyul 2017 17:57

SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testində iştirak edib

25 İyul 2017 17:57

4 min nəfər müəllim olmaq üçün imtahan verdi

25 İyul 2017 17:53

Dollar UCUZLAŞDI

25 İyul 2017 17:53

Bakıda ərəblərdən iyrənc hərəkət

25 İyul 2017 17:53

"VAZ-2107" və "Opel" toqquşdu: yaralılar var - FOTO

25 İyul 2017 17:52

Nazir: "Türkiyə iqtisadiyyatı III rübdə 7%-dən çox artacaq"

25 İyul 2017 17:52

Arda Turan qərarını verdi

25 İyul 2017 17:52