Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Azercell” növbəti yenilik tətbiq edib

“Azercell” növbəti yenilik tətbiq edib

Yutubdan maraqlı YENİLİK (24 Mart 2017 13:33)
"Azercell" abunəçilərinə xəbərdarlıq edib (02 Mart 2017 09:12)
"Azercell"in abunəçilərinin sayı 4,5 mln.-u ötüb (22 Fevral 2017 17:32)

Tarix: 15 Dekabr 2015 16:18


Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azercell Telekom” MMC növbəti yenilik tətbiq edib. Şirkət yeni konsepsiyalı ilk “Azercell Ekspres” (AzEks) ofisini abunəçilərin ixtiyarına verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, yeni AzEks ofislərində abunəçilər üçün hər cür şərait yaradılıb. Təqdim olunan müxtəlif cihazlar və telefon aksessuarlarından müştərilər test edərək öz seçimlərini edə biləcəklər. Eyni zamanda, mobil cihazların seçimində bələdçilik birbaşa “Azercell”in peşəkar əməkdaşları tərəfindən təqdim ediləcək. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Yeni konsepsiyalı ilk AzEks ofisi Bakı şəhəri, 28 May küçəsi 33 ünvanında abunəçilər üçün açıqdır.
Qeyd edək ki, “Azercell”in hazırda Bakıda 15, regionlarda isə 35 “Ekspres ofis”i fəaliyyət göstərir.

Teqlər:  Azercell növbəti yenilik tətbiq edib



RƏYLƏR


Top xəbərlər