Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıtlı rəssamların sərgisi açılıb

Sumqayıtlı rəssamların sərgisi açılıb

Date: 15 December 2015 16:48


Sumqayıt, 15 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Sumqayıt Dövlət Rəsm Qalereyasında şəhər rəssamlarının əsərlərindən ibarət “Rənglərin aləmi” adlı sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, bir həftə davam edəcək sərginin açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edib.
Sərgi Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə təşkil edilib və 103 sənət əsəri nümayiş olunur.
Açılış mərasimində 3 saylı Uşaq İncəsənət Məktəbinin şagird və müəllim kollektivi musiqi nömrələri ilə çıxış edib.

Tags:  Sumqayıtlı rəssamların sərgisi açılıb


RƏYLƏR


Top news