Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan şirkəti “The Bizz 2015” mükafatının qalibi elan olunub

Azərbaycan şirkəti “The Bizz 2015” mükafatının qalibi elan olunub

Date: 15 December 2015 16:48


Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycanın "Neuron Technologies" şirkəti dünyanın ən mühüm biznes mükafatlarından olan “The Bizz 2015”in qalibi elan olunub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Dünya Biznes Konfederasiyası tərəfindən üç mindən artıq şirkət arasında aparılan araşdırma və tədqiqatın nəticəsi olaraq 2015-ci il üzrə keçirilən nominasiyada Azərbaycan şirkəti qalib elan edilib. Bu mükafat baş iqamətgahı ABŞ-ın Hyuston şəhərində yerləşən Dünya Biznes Konfederasiyası tərəfindən təsis edilib.
Dünya Biznes Konfederasiyasının rəhbəri Jesus Moran tərəfindən verilən rəsmi məlumatda "Neuron Technologies" şirkətinin biznes sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs olunub.
"Neuron Technologies" (www.neuron.az) Azərbaycanda sürətlə inkişaf edən informasiya texnologiyaları şirkətlərindən biridir. Şirkət proqram təminatının işlənib-hazırlanması, sistem inteqrasiyalarının tətbiqi, informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə ixtisaslaşıb. "Neuron Technologies" son illər ölkəmizdə təhsil, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə elektron idarəetmə sistemlərinin, milli proqram təminatı həllərinin tətbiqi üzrə uğurlu layihələr həyata keçirib. Şirkətin hazırladığı proqram təminatı məhsullarına bir sıra xarici ölkələr maraq göstərir. Hazırda "Neuron Technologies"in hazırladığı intellektual məhsulların xarici ölkələrə ixracı istiqamətində işlər davam etdirilir.

Tags:  Azərbaycan şirkəti The Bizz 2015 mükafatının qalibi elan olunub


RƏYLƏR


Top news