İtkin neftçilərə niyə fərq qoyulur? - 3 ailə 15 min manatı ala bilmir

İtkin neftçilərə niyə fərq qoyulur? -  3 ailə 15 min manatı ala bilmir
16:52 15 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də "Neft daşları"nın Neft-Qaz Çıxarma İdarəsinin 501 saylı özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş üç neftçinin ailəsi qafqazinfo-ya müraciət edib.

Nazirlər Kabinetinin "Günəşli" yatağında baş vermiş hadisə nəticəsində həlak olanların və itkin düşənlərin ailələrinə birdəfəlik 15 min manat yardım edilməsinin onların ailələrinə şamil edilməməsindən narazılıq edirlər.

Qeyd edək ki, Baş nazir Artur Rasizadənin imzaladığı sərəncamda "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə 15 min manat məbləğində vəsait ayrılıb.

Ekspertlər İlham ŞabanMirvari Qəhrəmanlı da itkin düşən neftçilərin ailələrinə sərəncamın şamil edilməməsinə etiraz ediblər. Onlar virtualaz.org saytına açıqlamalarında Neft daşları"nda itkin düşənlərə birdəfəlik maddi yardım verilməsini istəyiblər.

"Onlarin ailələrinin də 15 min manat birdəfəlik yardım alması üçün yanğın olmalı idimi?"- deyə İlham Şaban soruşur.

Məsələ ilə bağlı SOCAR-ın Mətbuat Xidmətinin rəhbəri Nizaməddin Quliyev qafqazinfo-ya bildirib ki, onlar tərəfindən həm "Neft Daşları"nda, həm də "Günəşli" yatağında həlak olanların və itkin düşənlərin ailələrinə müvafiq yardımlar göstərilir: "15 min manat məbləğində birdəfəlik yardım edilməsi isə Nazirlər Kabinetinin qərarıdır. Onun bizə aidiyyəti yoxdur".

Xatırladaq ki, qasırğa nəticəsində buxar aqreqatının maşinisti, 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov itkin düşüblər. Onların axtarışları hələ heç bir nəticə verməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR