Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Nəqliyyat naziri Abşeron, Siyəzən, Xızı rayonlarının sakinlərini qəbul edəcək

Nəqliyyat naziri Abşeron, Siyəzən, Xızı rayonlarının sakinlərini qəbul edəcək

Kəmaləddin Heydərov Ağdaşda qəbul keçirdi (17 Mart 2017 12:58)
Dövlət Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edəcək (13 Mart 2017 09:57)
Nazir İmişlidə vətəndaşları qəbul edəcək (06 Mart 2017 17:35)

Tarix: 15 Dekabr 2015 16:58


Bakı, 15 dekabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, nəqliyyat naziri Ziya Məmmədov dekabrın 18-də Xızı şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən rayonların – Abşeron, Siyəzən, Xızı rayon sakinlərinin mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 17-si saat 09:00-dan 18:00-dək Xızı “3 saylı Yol İstismar İdarəsi” (Xızı rayonu, Yeni Yaşma stansiyası), Siyəzən “4 saylı Yol İstismar İdarəsi” (Siyəzən şəhəri, H.Əliyev küçəsi, 153), Abşeron “4 saylı İxtisaslaşdırılmış Müəssisə” MMC (Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 25) ünvanlarında qəbula yazıla bilərlər.
 

Teqlər:  Nəqliyyat naziri Abşeron Siyəzən Xızı rayonlarının sakinlərini qəbul edəcək



RƏYLƏR


Top xəbərlər