Qoyun sürüləri qışlaqlara köç edir

Qoyun sürüləri qışlaqlara köç edir
17:08 15 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+


Qax, 15 dekabr, AZƏRTAC
Qış fəslinin gəlişi ilə əlaqədar Qax rayonunda qoyun sürülərinin qışlaqlara köçü başlanıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi və fermer təsərrüfatlarında əhaliyə məxsus 90 min başa yaxın qoyun-keçinin 25 mini cari qışlama dövründə Ağyazı və Sarıca ərazilərindəki qışlaqlarda saxlanılacaq. Qışlaqlarda heyvandarlıqda məsul dövr hesab olunan qışlamaya ciddi hazırlıq işləri görülüb, qoyun damlarında mexaniki təmizləmə və dezinfeksiya işləri aparılıb. Heyvanların əlavə yemləndirilməsi üçün lazımi qədər qaba və qüvvəli yem ehtiyatı yaradılıb. Eyni zamanda, 800 yüz hektar sahədə xəsil əkilib.
Hazırda qoyun sürülərinin qışlaqlara köçü davam edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qoyun_suruleri_qislaqlara_koch_edir-911435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR