Maliyyə resurslarının idarə edilməsinə dair treninqlər keçirilir

Maliyyə resurslarının idarə edilməsinə dair treninqlər keçirilir
17:28 15 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 15 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Dövlət Universiteti (NDU) və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Maliyyə resurslarının idarə edilməsi bacarığı və onun təkmilləşdirilməsi” layihəsi çərçivəsində 3 mərhələdə keçiriləcək treninqlərə başlanılıb.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağında keçirilən “Ailə büdcəsi” mövzusuna həsr olunan ilk treninqdə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Elçin Əliyev məsələnin əhəmiyyəti haqqında danışıb, potensial gəlir mənbələrinin müəyyənləşdirilməsi, xərclərə qənaət edilməsi baxımından müxtəlif aspektli yanaşmaları tələbələrlə birgə müzakirə edib.
Vurğulanıb ki, ailə büdcəsinin təşkili bütün dövrlərin və cəmiyyətin aktual problemi hesab edilir. Maddi problemlərin qarşısını almaq üçün ailə büdcəsinin planlaşdırılması şərtdir. Müəyyən müddət ərzində ailənin gəlirlərinin və xərclərinin məcmusu olan ailə büdcəsi dövlət, müəssisə büdcələrində olduğu kimi, gəlir və xərclərin fərqindən asılı olaraq, aktiv və ya müsbət büdcə, passiv və ya kəsirli mənfi büdcə kimi qiymətləndirilir. Bankın əməkdaşı qeyd edib ki, ailə büdcəsi gündəlik, həftəlik, aylıq və illik büdcə şəklində formalaşdırılır və istifadə olunur.
Treninqin sonunda tələbələrin bu istiqamətdə biliklərinin yoxlanılması üçün 10 sualdan ibarət sorğu anketi paylanılıb.
Qeyd edək ki, “Ailə büdcəsi”, “Şəxsi karyera” və “Şəxsi biznes” mövzuları barədə treninqlər növbəti günlərdə “Naxçıvan” Universitetində və gənclərin “Qış məktəbi” zamanı Ağbulaq İstirahət Mərkəzində davam etdiriləcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Maliyye_resurslarinin_idare_edilmesine_dair_treninqler_kechirilir-911447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR