MMA üzrə Naxçıvan çempionatında 80 idmançı mübarizə aparacaq

MMA üzrə Naxçıvan çempionatında 80 idmançı mübarizə aparacaq
17:38 15 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan MMA Liqasının və Naxçıvan Şərq Döyüş Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə dekabrın 17-18-də qarışıq döyüş növləri (MMA) üzrə Naxçıvan çempionatı keçiriləcək.
Azərbaycan MMA Liqasının prezidenti Kənan Məmmədov AZƏRTAC-a bildirib ki, Naxçıvanda yarışın beynəlxalq standartlara uyğun təşkili ölkəmizin regionlarında idmanın bu növünün təşviqi və inkişafına mühüm töhfə olacaq. Beynəlxalq dərəcəli hakim Cavid Məmmədovun rəhbərliyi ilə keçiriləcək çempionatda 80 idmançı iştirak edəcək.
Azərbaycan MMA Liqasının və Naxçıvan Şərq Döyüş Sənəti Federasiyasının birgə təşəbbüsü ilə keçiriləcək turnirin məqsədi 7 çəki dərəcəsində Naxçıvan Muxtar Respublikasının yığma komandasını formalaşdırmaq və Naxçıvan idmançılarının da müvafiq lisenziyalar qazanaraq respublikamızın yığma komandası tərkibində beynəlxalq yarışlarda, o cümlədən 2016-cı ildə Las-Veqasda keçiriləcək dünya çempionatında iştirakına nail olmağa şərait yaratmaqdır.
Azərbaycan MMA Liqası Beynəlxalq MMA Federasiyasının tamhüquqlu üzvüdür və həmin beynəlxalq federasiyanın Azərbaycanda yeganə səlahiyyətli nümayəndəsidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/MMA_uzre_Naxchivan_chempionatinda_80_idmanchi_mubarize_aparacaq-911459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR