Göyçayda yetişdirilən xurmanın 60 faizi Rusiya bazarlarına göndərilib

Göyçayda yetişdirilən xurmanın 60 faizi Rusiya bazarlarına göndərilib
17:53 15 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Göyçay, 15 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunun xurma bağlarında məhsul yığımı başa çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il bağlarda bol məhsul yetişdirilib. Məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Rayonda mövcud olan 795 hektar barverən xurma bağından 18 min 300 ton məhsul toplanılıb. Bu da ötən ildəkindən 230 ton çoxdur. Yığılan məhsulun təxminən 60 faizi Rusiya bazarlarına göndərilib. Kəndlilər məhsulu öz həyətlərində müştərilərə satıblar. İş adamları kəndlilərdən aldıqları meyvəni Rusiya və Bakı bazarlarına çıxarıblar. Məhsulun bir hissəsi isə qış aylarına saxlamaq üçün Göyçayın Potu kəndindəki tutumu 700 ton və Ərəbcəbirli kəndindəki 1000 ton olan soyuducu anbarlara yerləşdirilib.
Qeyd edək ki, göyçaylı fermerlər son illər xurma bağlarını xeyli genişləndiriblər. Cari ilin yazında rayonda 15 hektar sahədə yeni xurma bağları salınıb. Hazırda isə daha 10 hektar sahədə yeni bağın salınması üçün işlər görülür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychayda_yetisdirilen_xurmanin_60_faizi_Rusiya_bazarlarina_gonderilib-911469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR