ASC-də maliyyə pozuntuları aşkarlandı

ASC-də maliyyə pozuntuları aşkarlandı
18:32 15 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

"Daha ciddi cəzalar görülməlidir" - Deputatdan ETİRAZ (14 Aprel 2017 13:19)

Azərbaycan Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti kollegiya iclasında dövlət büdcəsindən "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinə (ASC) ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.

Hesablama Palatasından Trend-ə verilən məlumata görə, nəzarət tədbiri zamanı tətbiq edilmiş metodlar və əldə edilmiş audit sübutları ilə bağlı yoxlama qrupunun rəhbəri N.Alıyevin məlumatı dinlənilib, kollegiya üzvlərinin sualları cavablandırılıb.

Daha sonra fəaliyyət istiqaməti üzrə auditor N.Həsənov auditin nəticələrinə dair təqdim etdiyi hesabatda nöqsanların xarakteri, nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələr barədə məruzə edib.

Auditor bildirib ki, "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən büdcə proqnozları tərtib edilərkən vəsaitə olan tələbat əvvəlki illərin icra səviyyəsi nəzərə alınmadan artıq hesablanılıb, onun tabeliyində olan idarələr tərəfindən isə büdcə vəsaitinə tələbatın hesablanması barədə məlumat mərkəzi idarə aparatına təqdim edilməyib.

Cəmiyyətin tabeliyində olan yaşıllaşdırma idarələri tərəfindən qulluq edilən sahələrin qeyri-meşə fondu torpaqları olması, həmçinin qulluq göstərilən ərazilərin (sahələrin) əksər hissəsinin qeyri-münbit torpaqlar təşkil etməsi, bəzi yaşıllaşdırma idarələri üzrə torpağın əkinə hazırlanması işlərinin və qulluğun tələb olunan səviyyədə aparılmaması səbəbindən büdcə vəsaitlərindən istifadənin səmərəliliyini xarakterizə edən göstəricilərdən olan qeyri-meşə fondunda (yolkənarı) əkilmiş ağac və kolların bitiş norması (faizi) müvafiq qaydada qəbul edilmiş həddən aşağı olub.

ASC-nin "Maliyyə vəziyyəti haqqında hesabat"ında ilin əvvəlinə və sonuna qısamüddətli debitor və kreditor borcları və gələcək hesabat dövrlərinin gəlirləri üzrə qısamüddətli öhdəliklərin az, material ehtiyatları üzrə qalıq məbləğinin çox göstərildiyi, ilin sonuna isə yanacağa görə yaranmış kreditor borcunun hesabatda əks etdirilmədiyi, Cəmiyyətin tabeliyində olan yaşıllaşdırma idarələri tərəfindən magistral avtomobil yollarının kənarında əkilmiş ağaclar və kolların (bioloji aktivlər) uzunmüddətli aktivlər kimi deyil, qısamüddətli aktivlər kimi uçota alındığı, layihə-smeta sənədlərinin hazırlanması üzrə yaranmış kreditor borcların isə maliyyə hesabatlarında göstərilmədiyi də audit sübutları ilə müəyyən olunmuş nöqsanlardan olub.

Auditor ASC-nin maliyyə hesabatlarına əsasən, qeyri-birja fəaliyyətinin həyata keçirilməsi ilə bağlı torpaq sahələrindən istifadə etməsinə baxmayaraq, mülkiyyətində olmayan həmin torpaq sahələrinə dair daşınmaz əmlakın texniki pasportunun verilmədiyini, istifadədə olan torpaq sahəsinin bir qisminin vətəndaşların və bələdiyyələrin mülkiyyətində olan torpaqlarından, habelə Dövlət Neft Şirkətinin balansında olan torpaqlardan ibarət olmasını diqqətə çatdıraraq yararsız vəziyyətdə olan həmin ərazilərin Cəmiyyət tərəfindən münbitləşdirilərək əkin üçün hazırlanmasına və ilbəil becərilməsinə dövlət büdcəsinin vəsaiti hesabına çəkilən xərclərin potensial olaraq səmərəsiz xərclərə çevrilməsi riskini yüksəltdiyini qeyd edib.

Sonda auditor auditin nəticələri üzrə rəydə qeyd edilmiş tövsiyələri diqqətə çatdıraraq bildirib ki, sərf edilmiş büdcə vəsaitlərinin nəticəliliyinin yüksəldilməsi məqsədilə yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi zamanı aqrotexniki qaydalara əməl edilməsi, torpağın münbit vəziyyətə gətirilməsi işlərinin tələb olunan səviyyədə aparılması, yerli iqlim şəraitinə uyğun olan tinglərin əkilməsinə üstünlük verilməsi, əkinin optimal müddətdə aparılması, ağac və kolların bitiş faizinin artırılması və qurumasının qarşısının alınması, büdcə vəsaiti hesabına həyata keçirilən tikintisi başa çatmış obyektlərin istismara qəbul edilməsi və müvafiq qaydada təhvil verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi və Cəmiyyətin balansında olan dövlət nömrə nişanı olmayan nəqliyyat vasitələrinin müəyyən edilmiş qaydada qeydiyyata alınması zəruridir. Həmçinin Cəmiyyətə ayrılan büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə olunmasının təmin edilməsi, xərclərin potensial səmərəsizlik risklərinin azaldılması məqsədilə yaşıllıqların salınması nəzərdə tutulan torpaq sahələrində müvafiq işlərin mövcud qanunvericilik çərçivəsində mülkiyyətçilərlə qarşılıqlı razılaşma əsasında həyata keçirilməsi, qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yolları boyu torpaq və qorunma (mühafizə) zolağından kənarda yaşıllıqların salınması ilə əlaqədar əkinlərin bitiş normasının (faizinin) müəyyənləşdirilməsi qaydalarını əks etdirən metodiki sənədin hazırlanması məqsədəuyğun hesab edilib.

Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi müzakirə edilib, kollegiya üzvlərinin təklif və iradları dinlənilib və nəzərə alınıb. Kollegiya qərarı səsə qoyularaq qəbul edilib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dənizdə bir nəfər itkin düşdü

25 İyun 2017 02:35

Sehrli aləmlərdəki meşə pəriləri - FOTO

25 İyun 2017 02:32

İsrail Suriyada yaşayış evlərini raket atəşinə tutub, azı 25 nəfər yaralanıb

25 İyun 2017 02:12

Donald Tramp: "Ramazan bayramı bizə mərhəmət, şəfqət və xoşməramlılığın vacibliyini xatırladır"

25 İyun 2017 01:52

Misir prezidenti adaları Səudiyyəyə verildi

25 İyun 2017 01:43

İngiltərənin baş naziri müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

25 İyun 2017 01:32

Evdə doğan sevgitlisinin fotolarını çəkdi - FOTO

25 İyun 2017 01:32

Gəncədə yanğın -

25 İyun 2017 01:28

Suriya ordusu Deyr-əz-Zora hücumun qarşısını alıb, 20 terrorçu öldürülüb

25 İyun 2017 01:17

İmişlidə oğurluq edən iki qardaş tutuldu

25 İyun 2017 01:13

İranda terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

25 İyun 2017 00:32

Londonda növbəti həyəcan -

25 İyun 2017 00:24

Astroloji proqnoz - 25 iyun

25 İyun 2017 00:13

Günün qoroskopu: xaotik hərəkətlərdən çəkinin

25 İyun 2017 00:05

Dənizdə batan şəxsin axtarışı aparılır

25 İyun 2017 00:04

Jobs iPhone-nu kimin acığına yaratmışdı?

24 İyun 2017 23:57

SSRİ-nin qızları - FOTO

24 İyun 2017 23:52

Duzlaşmaya qarşı hansı qidanı istehlak edək

24 İyun 2017 23:47

Dənizdə bir nəfər batıb, axtarış aparılır

24 İyun 2017 23:47

Xanıma ərinin gözləri qarşısında təcavüz etdilər -

24 İyun 2017 23:46

Kiyevdə deputat yol qəzasında ölüb

24 İyun 2017 23:42

SSRİ casuslarının taleyi necə oldu?

24 İyun 2017 23:42

Bakıda “Formula-1”in yuxuluları - FOTO

24 İyun 2017 23:37

İkiüzlü insan olmağınıza şübhə etmirəm...

24 İyun 2017 23:37

0 avroluq əskinaslar çap edildi

24 İyun 2017 23:37

WhatsApp-dan daha bir faydalı yenilik

24 İyun 2017 23:32

Sosial media fenomenləri nə qədər qazanır?

24 İyun 2017 23:27

Rusiya - 3-cü “bədbəxt”

24 İyun 2017 23:27

Ürək və sinir sisteminin möhkəmlənməsi üçün kokteyl

24 İyun 2017 23:22

"Qəbələ"dən növbəti transfer -

24 İyun 2017 23:18

Gözün sağlamlığını qorumaq üçün 6 amil

24 İyun 2017 23:17

Dünya ulduzları Bakı Bulvarında oxudular - FOTO

24 İyun 2017 23:12

Qəlbin nurani olması üçün nə edək?

24 İyun 2017 23:12

Minskdə tank paradın məşqləri zamanı dirəyə çırpılıb

24 İyun 2017 23:12

Gəncədə yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi

24 İyun 2017 23:08

Tennisi buraxdı, model oldu - FOTO

24 İyun 2017 23:05

Gəncədə binada yanğın olub

24 İyun 2017 23:04

Maşında ölü tapılan sevgililərlə bağlı təfərrüat - Qadın evli imiş

24 İyun 2017 22:57

Tesla musiqi servisini yaradır

24 İyun 2017 22:57

İlham Əliyevdən təbrik məktubu -

24 İyun 2017 22:56

Kamran Şahsuvarlı gümüş qazandı

24 İyun 2017 22:53

Türkiyənin ən məşhur adamının sirli qətli və oğurlanan istintaq materialı -

24 İyun 2017 22:52

İNANILMAZ: 26 yaşı var, 50 yaşında görünür - FOTOLAR

24 İyun 2017 22:49

Yumruğu 90 san ərzində sıxmanın maraqlı faydaları

24 İyun 2017 22:47

Sağlam Gələcək Mərkəzi "Müasir ailənin aktual problemləri” mövzusunda seminar keçirib

24 İyun 2017 22:47

Böyük sirləri özləri ilə o dünyaya aparan məşhurlar

24 İyun 2017 22:42

Mayeni gözlərindən ixrac edir -

24 İyun 2017 22:35

Məşhur hind aktrisa Mayamiyə yollanıb - FOTO

24 İyun 2017 22:32

Pakistandanda öldürülənlərin sayı 85-ə çatdı

24 İyun 2017 22:29

Azyaşlı, allergiyalı uşaqları necə qidalandırmaq lazımdır?

24 İyun 2017 22:22