Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Britaniya İraqdan çıxmaq qərarına gəldi

Britaniya İraqdan çıxmaq qərarına gəldi

Date: 15 December 2015 19:14

Qoşunları 2009-cu ilin birinci yarısında İraqı tərk edəcəklər

Böyük Britaniya qoşunları 2009-cu ilin birinci yarısında İraqdakı missiyanı başa vuraraq ölkə ərazisini tərk edəcəklər. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İraq və Böyük Britaniya baş nazirləri Nuri əl-Məliki və Qordon Braunun birgə bəyanatında bildirilir.

Braun Bağdada bu gün səfər edib. Bu, onun baş nazir kimi İraqa dördüncü səfəridir. Qeyd edək ki, bir neçə gün öncə Bağdadı ziyarət edən ABŞ prezidenti Corc Buş və müdafiə naziri Robert Qeyts kimi Qordon Braun da səfəri barədə əvvəlcədən məlumat verməyib.

Bundan cəmi iki gün öncə İraq hökuməti ABŞ qoşunları istisna olmaqla bütün digər xarici ölkələrin hərbi kontingentinin ölkədən çıxarılması ilə bağlı qanun layihəsi təqdim edib. Həmin layihəyə görə, xarici qoşunların çıxarılmasına 2009-cu ilin yanvarın 1-də başlanılacaq və proses 5-7 ay çəkərək iyul ayında başa çatacaq.


Tags:  Britaniya İraqdan çıxmaq qərarına gəldi


RƏYLƏR


Top news