Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xəzərdə ekoloji fəlakətin qarşısı alındı

Xəzərdə ekoloji fəlakətin qarşısı alındı

Türkiyədə daha bir terrorun qarşısı alındı - FOTO (25 Mart 2017 12:12)
Türkiyədə daha bir terrorun qarşısı alındı - FOTO (25 Mart 2017 11:18)
Erməni təxribatının qarşısı alındı (09 Mart 2017 15:22)

Tarix: 15 Dekabr 2015 19:22

SOCAR "Günəşli" yatağında yanğın baş verən özüldəki quyudan mümkün neft dağılmalarının qarşısını alıb.

Bu barədə Trend-ə neft-qaz bazarındakı mənbə məlumat verib.

Bunu dekabrın 15-də quyulardan birinin söndürülməsindən sonra etmək mümkün olub. Yanan quyu ehtimal olunan neft dağılmalarına görə ekologiya üçün böyük təhlükə törədirdi.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Milli.Az


Teqlər:  Xəzərdə ekoloji fəlakətin qarşısı alındı



RƏYLƏR


Top xəbərlər