Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yapon avtomobilləri smartfonlar vasitəsilə oğurlana bilər

Yapon avtomobilləri smartfonlar vasitəsilə oğurlana bilər

Date: 15 December 2015 20:28


Baki, 15 dekabr, AZƏRTAC
Araşdırmalar nəticəsində məlum olub ki, Yaponiya istehsalı olan avtomobilləri smartfon telefonları vasitəsilə oğurlamaq mümkündür.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Hiroşima Universitetinin İnformasiya Elmləri Kollecinin professorları tərəfindən aparılan araşdırmada internetə qoşulmuş avtomobillərin smartfonlar vasitəsilə idarə oluna biləcəyi göstərilir.
Professor Hiroyuki İnue telefon vasitəsilə avtomobilin qapılarını uzaq məsafədən açılıb bağlanmasının, surət ölçən cihazın göstəricilərinin saxtalaşdırılmasının, surət qutusunun işə salınmasının mümkünlüyünü sübuta yetirib. Hazırda Yaponiya avtomobilləri internetə qoşulma funksiyasına malik olmasa da, tədqiqatçılar fərdi avtomobil sahiblərini sistemin dəyişdirərək internet qurğuları ilə təchiz olunmasının yarada biləcəyi təhlükələrdən xəbərdar edirlər.

Tags:  Yapon avtomobilləri smartfonlar vasitəsilə oğurlana bilər


RƏYLƏR


Top news