Ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu (VİDEO)

Ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu (VİDEO)
20:36 15 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan ordusunun ölkə ərazisini işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə zərbələr endirilməsi barədə videogörüntü yayılıb.


Düşmən mövqelərinə zərbələrin videogörüntüsü

ANS PRESS-in məlumatına görə, videogörüntü Azərbaycan Müdafiə Nazirliyinin saytında yerləşdirilib. Videogörüntüdə Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi ərazilərdə düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə zərbələrin endirilməsi əksini tapıb. Görüntüdə düşmənin texnikasının və canlı qüvvəsinin məhv edildiyi təsvir edilir.


Yekun protokolunun imzalanması

Həmçinin, Müdafiə Nazirliyindən verilən məlumata görə, dekabrın 15-də Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub. İki gün ərzində Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işçi qruplarında ikitərəfli əməkdaşlığın geniş spektri nəzərdən keçirilib. Qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilib və İclasın nəticələrini əks etdirən yekun protokolu imzalanıb.


Azərbaycan və Türkiyə zabitləri

Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin, Türkiyə tərəfdən isə Baş Qərargahın və Milli Müdafiə Nazirliyinin geniş tərkibdə nümayəndə heyətləri iştirak edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR