Çobanlar parlamentə hücüm etdi

Çobanlar parlamentə hücüm etdi
20:51 15 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Mindən çox çoban polis maneələrini yararaq zorla Rumıniya parlamentinin ərazisinə girib.

ANS PRESS-in məlumatına görə, onlar çoban itlərinin miqdarını məhdudlaşdıran qanuna qarşı etiraz edirlər.

Etiraz aksiyasına ölkənin kənd rayonlarından təxminən 4 minə yaxın mal-qara sahibi gəlib. Buxarestin əsas meydanına yığışan etirazçılardan bəziləri əyninə qoyun dəriləsi geyinərək çoban tütəyi çalıblar. Aksiyada itlər iştirak etməyib. Parlament binasında polis xüsusi bölmələriylə nümayişçilər arasında toqquşmalar yaşanıb. Etiraz edənlərə qarşı gözyaşardıcı qaz tətbiq edilib.


Aksiyadan foto

Çobanları hiddətləndirən qoyun sürülərini qoruyan çoban itlərinin sayını məhdudlaşdırılması barədə qanun yaxın vaxtlarda parlament tərəfindən qəbul edilib. Yeni qanuna görə, açıq yerdə otlayan sürüyə bir, dağlarda isə üç it ayırmaq olar. Həmçinin dekabr ayindan aprelə qədər olan dövrdə ev heyvanlarının otarmasına qadağa qoyulub. Qanun müəllifləri bildirib ki, bu ovçuların və ətraf mühitin hüquqlarının müdafiəsinə yönəldilmiş addımdir.



Rəsmi məlumatlara görə, Rumıniyada xırda buynuzlu mal-qaranın ümumi miqdarı 11,5 milyon təşkil edir. Bunlardan 10 milyonu qoyun və 1,5 milyon keçidir. Qeyd edək ki, sentyabr ayında kənd təsərrüfatı məhsullarının qiymətlərinin düşməsi fonunda dövlət köməyinin artımını tələb edən minlərlə fermer traktorlarla Paris və Brüssel küçələrinə çıxmışdılar.


Hadisənin baş verdiyi ərazisi xəritədə















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR