Qırğızıstan prezidenti Türkmənistan, Küveyt və Qətər Dövlətində səfərlərdə olub

Qırğızıstan prezidenti Türkmənistan, Küveyt və Qətər Dövlətində səfərlərdə olub
21:53 15 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bişkek, 15 dekabr, AZƏRTAC
Qırğızıstan prezidenti aparatı informasiya siyasəti şöbəsinin yaydığı məlumata görə, dövlət başçısı Almazbek Atambayev Türkmənistanda səfərdə olub, Aşqabadda “Bitərəflik siyasəti: Sülh, təhlükəsizlik və inkişaf naminə beynəlxalq əməkdaşlıq” mövzusunda konfransda iştirak edib, bir sıra görüşlər keçirib.
Almazbek Atambayevin Küveyt dövlətinə səfəri zamanı bu ölkənin Baş naziri Cabir əl-Mübarək əl-Həməd əl-Səbah, o cümlədən Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabahla görüşlərində iki dövlət arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub, bununla bağlı altı sənəd imzalanıb.
Qırğızıstan prezidentinin Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Tani ilə görüşündə də ölkələr arasında bütün sahələrdə əməkdaşlığın inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb. A.Atambayev Qətər Dövlətinin Təhsil, Elm və Cəmiyyətin İnkişafı Fondunda da olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qirgizistan_prezidenti_Turkmenistan_Kuveyt_ve_Qeter_Dovletinde_seferlerde_olub-911569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR