Dəstəmazlı adam yemək yeyəndə dəstəmaz pozulurmu?

Dəstəmazlı adam yemək yeyəndə dəstəmaz pozulurmu?
22:17 15 Dekabr 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, dəstəmazı pozan əməllər şəriətdə dəqiq şəkildə göstərilib. Bunların arasında yemək və içmək qeyd edilməyib. Yeyib-içmək dəstəmazı pozmaz. Hətta dəstəmaz ala-ala nə isə yemək və içmək də dəstəmazı pozmaz. Yəni adam dəstəmaz almazdan əvəl ağzına yemək qoysa, sonra onu çeynəyə-çeynəyə dəstəmaz alsa və yaxud dəstəmaz alan zaman üzünə vurduğu sudan bir az ağzına getsə, dəstəmaz öz qüvvəsində qalır. İki namazın arasında da yemək və içmək icazəlidir. Amma yeyəndən sonra namaza başlamazdan əvvəl ağzını yaxalaması məsləhətdir ki, qida qırıntıları ağzından təmizlənsin.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR