Poroşenko Saakaşvilini dəstəklədi (VİDEO, FOTO)

Poroşenko Saakaşvilini dəstəklədi (VİDEO, FOTO)
01:31 16 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko Odessa qubernatoru Mixail Saakaşvilinin Daxili İşlər Naziri Arsen Avakovla arasında münaqişəyə reaksiya verib.

ANS PRESS-in məlumatına görə, ölkə başçısı münaqişədə Saakaşvilini müdafiə edib. Poroşenko dünən iclas zamanı baş verən hadisəni "biabırçı hərəkət" adlandırıb.

“Prezident kimi, Konstitusiya qarantı olan, vətəndaşların hüquq və azadlıqlarının zamini kimi mən milli islahatlar şurasının iclası zamanı baş verən bu biabırçı hadisəni sükutla keçə bilmərəm”, - deyə dövlət başçısının bəyanatında deyilir.

“Milli islahatlar şurasının iclasında və heç yerdə kobud söyüş və təhqirlər yolverilməzdir. Xüsusilə ksenofobiya mətnaltıya malik sözlər. Hansı ki, insanın milli üstünlüyünə toxunurlar, onun Ukrayna vətənpərvərliyini şübhə altına qoyurlar, kiməsə "Ukraynadan getməyi" təklif edirlər”, - deyə Poroşenko qeyd edib. Bu gün bir sıra KİV-də Ukrayna xalq deputatları qrupunun Ali Radada Arsen Avakovun vəzifəsindən çıxardılması haqqında qətnamə layihəsi hazırladığını qeyd edib.

Qeyd edək ki, ötən gün Ukrayna milli islahatlar şurasının iclası zamanı Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov Odessa qubernatoru Mixail Saakaşvilini vurmaq istəyib. Tərəflər əlbəyəxa olmaq həddinə çatıblar. Erməni nazir Saakaşvilinin üzünə su atıb.



“Radada cənab Saakaşvili mənim "Niyə o, OPZ (kimya zavodu) barədə "Uralxim"dən olan rus oliqarxı ilə ünsiyyət saxlayırdı və bu, OPZ özəlləşdirməsinin prosesi ilə bağlıdır?" sualıma cavab verə bilmədi və özünə nəzarəti itirdi. Odessa qubernatoru isterika çıxarıb mənə qışqırmağa başladı: "Heç kim Mixail Saakaşvili ilə belə danışmaq hüquqlarına malik deyil. Sən korlanmış nazirsən". Mən onu vurmaqdan özümü zorla saxladım və suyu üzünü çırptım”, - deyə Arsen Avakov bildirib.
Ukrayna Daxili İşlər Nazirliyinin başçısı bildirib ki, Saakaşvilinin hiylələrinə dözməyə hazırlaşmır.



“Mən öz iş yerində şəraiti məhv edib istefa üçün səbəb axtaran alçağın kobudluğuna dözməyə hazırlaşmıram. Mənim ölkəmi gözəl pozayla aldadan qanacaqsıza dözmək niyyətində deyiləm”,- deyə Avakov əlavə edib.Öz növbəsində Odessa qubernatoru Mixail Saakaşvili tələb edib ki, Pyotr Poroşenkonun administrasiyası vuruşmanın videoyazını dərc etsin.



Həmçinin Saakaşvili bildirib ki, Ukraynanın baş naziri Arseniy Yasenyukla birlikdə Avakov ondan ölkəni tərk etməyi tələb ediblər. Saakaşvilinin sözlərinə görə, Nazirlər Kabinetinin başçısı onu "qastrolçu" adlandırıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR