ABŞ-dan İrana xəbərdarlıq

ABŞ-dan İrana xəbərdarlıq
04:51 16 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ növbəti dəfə İrana xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib ki, Vaşinqton Tehranın nüvə sahəsində fəaliyyətini təhlükəli hesab etsə, İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək.

Ernsetin sözlərinə görə, ABŞ-ın milli təhlükəsizlik sahəsindəki nümayəndələri İranın nüvə sahəsində fəallığına yeni sanksiyaların təsirli müqavimət göstərə biləcəyi qənaətinə gəlsə, əlavə tədbirlərin həyata keçiriləcəyi istisna edilmir.

"Artıq ABŞ sanksiyaları İranın uzaq mənzilli raket buraxılışı iləəlaqəsi olanlara qarşı tətbiq edilir", deyə Ağ Ev rəsmisi bildirib.

Bu ilin iyul ayında Vyanada İran və beynəlxalq “altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında aparılan danışıqlarda razılıq əldə olunub.


Vyanada İran və "Altılıq" ölkələri arasında müzakirə

Saziş mətnində beynəlxalq müfəttişlərin İranın bütün şübhəli obyektlərinə, o cümlədən hərbi obyektlərə baş çəkmək hüququ təsbit edilib. Saziş imzalandıqdan sonrakı 1 ay müddətində İrana qarşı tətbiq olunmuş sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarı ilə ləğv olunub.

Qeyd edək ki, İran sanksiyaların ləğvindən sonra neft hasilatını ciddi şəkildə artırmağa və gündəlik 1,2 milyon bareldən 2,3 milyon barelə çatdırmağa planlaşdırırdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR