Los Ancelesdə təhdidlə bağlı 1000 məktəb bağlandı

Los Ancelesdə təhdidlə bağlı 1000 məktəb bağlandı
05:16 16 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Los Anceles şəhərində mahiyyəti açıqlanmayan təhlükə ilə bağlı 1000-dən çox məktəb və bağça müvəqqəti olaraq bağlanıb.

ANS PRESS-in məlumatına görə, göstərişə əsasən şagirdləri məktəbə gətirən avtobuslar bu gün depoya geri qaytarılıb. Los Anceles Polis İdarəsi məktəblərin qapanmasının təhdidlə bağlı olduğunu bildirsə də, təfsilatlar barədə məlumat verməyib.

Polis rəisi Stiven Zipperman məktəblərin təhlükəsizliyinə risk yarada biləcək elektron təhdid daxil olduğunu bildirib.

"Kampusların tam təhlükəsiz olduğuna əmin olana qədər bugün məktəbləri bağlamaq qərarına gəlmişik”, deyə Zipperman bildirib.


Los Abceles məktəblərindən biri

Los Ancelesdə məktəblərin yerləşdiyi rayon ABŞ-ın ikinci ən böyük belə rayonudur. BBC-nin məlumatına görə, həmin rayonda 900-dan çox ibtidai və orta məktəbdə 640 minə yaxın şagird oxuyur.

Məktəblərin bağlanması Los Ancelesin şərqində yerləşən San Bernardinyo şəhərində radikal müsəlman cütlüyün terror hücumu həyata keçirərək 14 nəfəri qətlə yetirməsindən sonra təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir vaxtda təsadüf edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR