Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

Prada-nın da gəlirləri azalıb

Prada-nın da gəlirləri azalıb

Elton John is writing songs for ‘Devil wears Prada’ (28 January 2017 15:46)

Date: 16 December 2015 07:52

Asiya bazarlarında zəifləyən satışlarla əlaqədar İtaliyanın lyuks məhsulların alqı-satqısı üzrə ixtisaslaşmış Prada şirkətinin gəlirləri kəskin azalıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, oktyabr ayında şirkətin xalis gəliri 9 aylıq göstəriciyə görə 26.4 faiz azalaraq, 235 milyon avroya düşüb.

Ötən il həmin dövr üçün şirkətin gəlirləri 319 milyon dollar təşkil edirdi. Gəlirlər rüblər üzrə təsnif olduqda, geriləmə son rübdə daha kəskin şəkil alır - 38 faiz təşkil edir.

Prado şirkətinin rəhbərliyi çıxış yolunu sərt islahatlarda, o cümlədən ixtisarda görür. Hesablamalara görə satışların zəifləməsinə təsir göstərən əsas faktor Çin yuanının devalvasiyası olub. Belə ki, bu çinli turistlərin Honq Konqda ümumi alış verişinə təsir göstərib, onları daha ucuz mallar almağa vadar edib.

Milli.Az


Tags:  Prada-nın gəlirləri azalıb



RƏYLƏR


Top news