Əli İnsanov azad ediləcək?

Əli İnsanov azad ediləcək?
08:17 16 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı əfv qərarının veriləcəyi barədə gəzən söz-söhbətlər günü-gündən aktuallığını artırır. Artıq əfvə düşmək şansları olan məhbuslarla bağlı işlərini həyata keçirən hüquq təşkilatları siyahılarını yekunlaşdıraraq, Əfv Komissiyasına göndəriblər. 
Milli.Az musavat.com-a istinadən bildirir ki, siyahıda olan məhbusların kimliyi gizli saxlanılsa da, bəzi şəxslərin azadlığa çıxacağı barədə ilkin düşüncələr yaranıb. Heç şübhəsiz ki, həbsxana ilə vidalaşacağına ən böyük ümid bəslənən siyasi məhbuslardan birincisi 10 il 2 aydır məhbus həyatı yaşayan, cəzasının bitməsinə 10 ay qalan sabiq səhiyyə naziri Əli İnsanovdur. 
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı sabiq nazirin adını əfv siyahısında görəcəyinə ümid etdiyini söylədi: "Ümid edirəm ki, nəhayət, Əli İnsanovun adını əfv siyahısında görə biləcəyik. Əli İnsanov həm xəstədir, həm də cəzasının böyük hissəsini çəkib. Azərbaycan hökuməti böyük humanistlik artıq göstərib. Leyla və Arif Yunusları azadlığa buraxdırıb. Bunun sonunda yəqin ki, digərləri də çıxmalıdır. Verilən cəza müddətinə baxanda ən çox həbsxana həyatı yaşayan Əli İnsanovdur. İnanıram ki, Əli İnsanov məsələsi bu dəfə tamam qapanacaq, o, azadlığa buraxılacaq".

Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində, dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq, 2007-ci ilin aprel ayında əmlakı müsadirə və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR