Nefti İŞİD "dirildəcək"?

Nefti İŞİD "dirildəcək"?
08:27 16 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Bloomberg agentliyi 2016-cı ildə müəyyən ssenarilərin reallaşacağı təqdirdə baş verə biləcək hadisələrin siyahısını dərc edib. APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, ekspertlərin proqnozlaşdırdığı belə hadisələrdən də biri neftin bir barelinin qiymətinin 100 dollaradək qalxa bilməsi ehtimalıdır.
 Milli.Az musavat.com-a istinadən bildirir ki, bu cür ssenarinin İŞİD-in Yaxın Şərqdə neft sənayesinin əsas infrastruktur obyektlərinə  hücum edəcəyi və ya OPEK-in Venesuela və Əlcəzair kimi üzv ölkələrində siyasi vəziyyətin  gərginləşəcəyi  təqdirdə inkişaf edəcəyi ehtimal olunur. Bu hadisələr 2016-cı ildə dünya bazarında neftin defisitinə və enerji daşıyıcılarına tələbatın qəfil artmasına gətirib çıxaracaq.  
 
Bundan başqa, bu cür ssenarinin baş verəcəyi təqdirdə alternativ enerji mənbələrinə sərmayələrin həcminin xeyli artacağı proqnozlaşdırılır. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR