Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəmir yolunun Soyuq Bulaq-Salahlı mənzilində yolun əsaslı təmirinə başlanılıb

Dəmir yolunun Soyuq Bulaq-Salahlı mənzilində yolun əsaslı təmirinə başlanılıb

Date: 16 December 2015 10:38


Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da dəmir yolunun Soyuq Bulaq-Salahlı mənzilində 7,9 kilometr yolun əsaslı təmirinə başlanılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Müəssisənin rəisi Xəqani Kazımovun verdiyi məlumata görə, səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 20 kilometr dəmir yolu əsaslı təmir olunub.


Tags:  Dəmir yolunun Soyuq Bulaq-Salahlı mənzilində yolun əsaslı təmirinə başlanılıb


RƏYLƏR


Top news