Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mən öz qızlarını 15 yaşında ərə verən valideynləri qəbul etmirəm"

"Mən öz qızlarını 15 yaşında ərə verən valideynləri qəbul etmirəm"

Date: 16 December 2015 11:05

"Azərbaycanda erkən nikahların qarşısının alınması üçün qətiyyətli işlər görülüb. İnanıram ki, Azərbaycanda yaxın gələcəkdə erkən nikah halları olmayacaq".

Trend-in məlumatına görə, bunu UNİSEF-in ölkə nümayəndəliyininn rəhbəri Andro Şilakadze "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

A.Şilakadze qeyd edib ki, Parlamentdə Ailə Məcəlləsinə dəyişiklik edilərək qadınlar üçün minimum nikah yaşının 17-dən 18-ə qaldırılması qətiyyətli bir addımdır.

Onun sözlərinə görə, qızların erkən nikah qurmasında başlıca amil savadsızlıq durur: "Mən öz qızlarını 15 yaşında ərə verən valideynləri qəbul etmirəm. Ata kimi də mən bunu qəbul etmirəm. Çünki onlar hələ öz uşaqlıqlarından ayrılmayıblar. Uşaqlar Konvensiyası uşaqların hüquqlarını aydın şəkildə göstərir. Konvensiyada bu dövr 0-18 yaşı əhatə edir, çünki elmi baxımdan da sübut olunub ki, bu dövr uşaqlıq dövrüdür".

Nümayəndəlik rəhbəri deyib ki, biz birlikdə uşaq nikahına "yox" deməliyik.

Milli.Az


Tags:  Mən öz qızlarını 15 yaşında ərə verən valideynləri qəbul etmirəm


RƏYLƏR


Top news