Dövlət komitəsində dövlət qulluqçularının etik davranış məsələləri üzrə maarifləndirmə işləri aparılır

Dövlət komitəsində dövlət qulluqçularının etik davranış məsələləri üzrə maarifləndirmə işləri aparılır
11:08 16 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda təlim-seminarda “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş qayda və prinsiplər barədə ətraflı məlumat verilib. Vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydalarına əməl olunması iştirakçıların nəzərinə çatdırılıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Eyni zamanda, qeyd olunub ki, vətəndaşlarla daim nəzakətli, səbirli və məsuliyyətli davranılmalı, qanunvericiliyin tələblərinə riayət edilməsi diqqətdə saxlanılmalıdır.
Seminarda komitənin aparatı və tabeli qurumları üzrə nümayəndələr iştirak edib. Dövlət qulluqçularının etik davranış məsələləri üzrə maarifləndirmə tədbirləri qarşıdakı dövrdə də davam etdiriləcək. Qanunvericiliklə müəyyən edilmiş etik normalar üzrə mütəmadi tədris kurslarının və treninqlərinin təşkil edilməsi, habelə hazırlanmış müvafiq hesabatların ictimaiyyətə açıqlanması təmin olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_komitesinde_dovlet_qulluqchularinin_etik_davranis_meseleleri_uzre_maariflendirme_isleri_aparilir-911607

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR