Putin Kerriyə - "Yaxşı yat" (FOTO)

Putin Kerriyə - "Yaxşı yat" (FOTO)
11:46 16 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerriyə yatmağı məsləhət görüb. Putin amerikalı rəsmini qəbul edərkən ona belə deyib.

Ötən gün Kremldə Rusiya lideri ilə dövlət katibi arasında görüş baş tutub. Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib. Görüşün əvvəlində Putin Kerriyə qrafiki çox gərgin olduğu üçün yaxşıca yatmağı və istirahət etməyi məsləhət görüb.

"Hörmətli dövlət katibi, biz sizin bir sıra çox önəmli problemin həllində səylətinizi görürük. Sizin sürətinizə çata bilmirik. Görürəm ki, sizin yuxunuzu almağınıza ehtiyacınız var. Bilirsiniz ki, bizdə sizinlə kəskin böhranlardan çıxış yolları axtarırıq".

C.Kerri qonaqpərvərliyə görə, Putinə təşəkkür edib. Onun sözlərinə görə, Rusiya və ABŞ Suriya böhranının həlli üçün birlikdə çox iş görə bilər.


Vladimir Putin və Sergey Lavrov

Kerri Moskvada keçirdiyi görüşlərdən sonra Rusiya paytaxtının mərkəzi küçəsi “Arbat”da gəzərək ailəsi üçün bazarlıq edib. O, bir neçə hədiyyə üçün 35 min rubl pul xərcləyib.

Kerri uzun müddət hədiyyələrə baxıb və sonra nənələrdən ibarət matryoşkaya 8 min xərcləyib. O həm də hər biri 1700 rubl olan 3 ədəd parça kukla alıb. Onun aldığı ən bahalı hədiyyə isə iki kəhrəba qaşlı üzük olub. ABŞ dövlət katibi həmin üzüklərin hər birinə 10 min rubl verib.


Kremldəki görüşdən foto

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR