Azərbaycan Milli Kitabxanasının direktoru Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti seçilib

Azərbaycan Milli Kitabxanasının direktoru Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti seçilib
12:03 16 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov IV Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən forum çərçivəsində təşkil olunan “MDB məkanında kitab və oxu” dəyirmi masasında K.Tahirov rəhbərlik etdiyi kitabxananın vəziyyəti, perspektivi, kitab təbliği və yeni mütaliə metodları mövzusunda çıxış edib.
Daha sonra forum çərçivəsində baş tutan Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XVIII ümumi iclası keçirilib. İclasda iştirak edən T.Kərimov iclasda kitabxanaçılıq sahəsində əməkdaşlıq, elektron kitabxanaların virtual oxu zallarının açılması məsələləri ilə bağlı müzakirələrdə iştirak edib.
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclasında Rusiya və Belorus Milli Kitabxanasının direktoru ilə yanaşı, Kərim Tahirov da assambleyanın vitse- prezidenti seçilib.
Qeyd edək ki, UNESCO-nun 70 illiyinə həsr olunan forumun əsas mövzusunu dövlətlərarası mədəni irsin qorunması, müasir dünya və mədəni həyatın inkişafına təkan verəcək addımların atılması təşkil edir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Milli_Kitabxanasinin_direktoru_Avrasiya_Kitabxanalar_Assambleyasinin_vitse_prezidenti_sechilib-911626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR