Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bankdan "1 dollar-2 manat açıqlaması"

Bankdan "1 dollar-2 manat açıqlaması"

Date: 16 December 2015 12:36

"Ziraat Bank Azərbaycan" ASC müştərilərinə səslənib.

ANS PRESS-in məlumatına görə, 11 və 12 Dekabr 2015 ci il tarixində Azərbaycan Respublikasının bəzi KİV-lərində “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Sədri Avni Demircinin, ölkədə 1 dolların 2 manat ola bilməsini ifadə etdiyinə dair yanlış məlumatlar yayınlanıb.

"Ziraat Bank Azərbaycan" mətbuat xidməti bildirir ki, bu məlumat yanlışdır. "İctimaiyyətin, o cümlədən bankın müştəriləri nəzərinə çatdırmaq istəyirik ki, bu məlumatların heç bir əsası yoxdur və onlar həqiqətə uyğun deyil" - deyə mətbuat xidmətindən bildirilib.



Avni Demircin - "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin Sədri


Bankın məlumatına görə, bu tərz yanlış və həqiqətə uyğun olmayan xəbərlərə qarşı hüquqlarımız qanunvericilik çərcivəsində qorunur.

"152 illik tarixə malik olan Ziraat Bank fəaliyyətdə olduğu ölkələrin iqtisadiyyatına dair araşdırma və proqnozlarını kütləvi informasiya vasitələrində paylaşmamaq prinsiplərinə sahibdir.

Təmsil etdiyimiz bank dünyanın 18 ölkəsində fəaliyyət göstərir və hər bir ölkədə biz yerli valyutaya güvənirik. Qardaş ölkə, Azərbaycan Respublikasının milli valyutası və iqtisadiyyatının sabitliyinə güvənimiz hər zaman olduğu kimi yüksəkdir" - deyərək bank nümayəndələri əlavə ediblər.

Tags:  Bankdan dollar-2 manat açıqlaması


RƏYLƏR


Top news