Filippində “Melor” qasırğası nəticəsində həlak olanların sayı doqquza çatıb

Filippində “Melor” qasırğası nəticəsində həlak olanların sayı doqquza çatıb
13:08 16 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Manila, 16 dekabr, AZƏRTAC 
“Melor” qasırğası nəticəsində Filippində yaranmış daşqınlar doqquz nəfərin ölümünə səbəb olub. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumatda bildirilir ki, dörd nəfər Mindoro adasında, daha beş nəfər Şimali Samar əyalətində təbii fəlakətin qurbanı olub. Luson adasının yerli hakimiyyət orqanları isə beş nəfər balıqçının Olbey körfəzində itkin düşdüyünü bildirib.
Xatırladaq ki, dekabrın 14-də yüksək səviyyəli qasırğa xəbərdarlığı elan edən Filippinin hakimiyyət orqanları sahildə yerləşən Albay və Sorsoqon əyalətlərindən 800 minə yaxın sakini təxliyyə edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Manila


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Filippinde_Melor_qasirgasi_neticesinde_helak_olanlarin_sayi_doqquza_chatib-911647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR