Son sutka ərzində Filippində 9 nəfər daşqınların qurbanı olub

Son sutka ərzində Filippində 9 nəfər daşqınların qurbanı olub
13:13 16 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Filippinin mərkəzi hissəsində “Nona” qasırğasının səbəb olduğu daşqınlar nəticəsində son sutka ərzində azı 9 nəfər həyatını itirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yerli hökumətin məlumatına əsasən, dekabrın 15-də axşam saatlarında qasırğa Filippinin paytaxtı Manila şəhərinə çatıb. Nəticədə paytaxtın bir neçə rayonu su altında qalıb, dəmiryol əlaqəsi kəsilib, azı 5 sakini itkin düşüb.
Ölkənin mərkəzi rayonlarından 800 minə yaxın insan təxliyə edilib. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bir çox əyalətdə məktəblər bağlanıb, ölkə daxilində əsas nəqliyyat vasitəsi olan bərələrin fəaliyyəti dayanıb, hava limanlarının işi pozulub.
Bu arada Filippinin milli atmosfer, geofizika və astronomiya xidməti sakit okeanda yeni tropik siklonunun formalaşdığını və bu gün ölkə sahillərinə yaxınlaşacağını bildirib.
Xatırladaq ki, hər il iyun ayından dekabra qədər davam edən yağışlar mövsümündə 7 min adadan ibarət Filippin təxminən 27-dək qasırğanın təsirinə məruz qalır. 2013-cü ilin sonlarında ölkənin mərkəzi hissəsindən “İolanda” super-tayfununun keçməsi nəticəsində 8 mindən çox insan həlak olmuş və ya itkin düşmüş, 1,1 milyon ev tamamilə dağılmış, 4 milyon sakin isə evsiz-eşiksiz qalmışdı.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Son_sutka_erzinde_Filippinde_9_nefer_dasqinlarin_qurbani_olub-911649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR