Bakı yumurtasız qaldı

Bakı yumurtasız qaldı
13:41 16 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Bakının bir çox mağazalarında yumurta satılmır.

ANS PRESS-in məlumatına görə, buna səbəb kimi məhsulun qiymətində artımın olacağı göstərilir. Satıcılar da artıq iki gündür mağazalara yumurtanın gətirilmədiyini deyirlər: "Əvvəllər yumurta 13 qəpiyə satılırdı, indi isə deyirlər ki, yumurtanın qiyməti 17-18 qəpiyə kimi artacaq", - deyə marketdə çalışanlardan biri dedi. Satıcılar, hətta, yumurtanın qiymətinin bir qədər də bahalaşacağını istisna etmirlər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi Murtuzəli Hacıyev yumurta istehsalı və qiymətinin artımı ilə bağlı olan məsələlərin doğru olmadığını deyir.

"Biz quşçuluq fermaları ilə daim əlaqə saxlayırıq, aldığımız məlumata görə, yumurtanın istehsalında azalma müşayiət olunmur. Fermalardan yumurtalar 11 qəpiyə alınır, hər həftənin şənbə-bazar günləri təşkil olunan yarmarkalarda yumurtalar 12 qəpiyə satılır. Mağazalarda süni qiymət artımı varsa, buna görə monitorinq aparılacaq, bu kimi hallar da aradan qaldırılacaq", - deyə katib bildirdi.


Murtuzəli Hacıyev - Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi


Murtuzəli Hacıyev onu da əlavə etdi ki, yumurtanın istehsalının azalması və qiymətinin qalxacağı haqqında yayılan məlumatlar əhali arasında ajiotaj yaratmaq məqsədi daşıyır. Onun sözlərinə görə, əvvəlki illərdə də bu məhsulun qiyməti işbazlar tərəfindən süni şəkildə artırılsa da , problem tezliklə aradan qaldırılıb.

Yeni il bayramının yaxınlaşması ilə əlaqədar tək yumurtanın deyil, digər ərzaq məhsullarının da qiymətinin süni şəkildə artırıldığı müşahidə olunur. Buna görə də bu cür halların qarşısını almaq üçün dövlət qurumlarının mağazalarda monitorinqlər aparmalı və süni şəkildə qiymət artıranlara xəbərdarlıq edilməlidir. Əks halda istehlakçılar ciddi ziyanla üzləşə bilərlər.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR