Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib
13:58 16 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şura ilk iclasını keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının nazirliyin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi vəzifələrdən biri də fəaliyyət sahələrində ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılmasıdır. Bu baxımdan hazırda əmək və sosial müdafiə sisteminin bütün sektorlarında aparılan işlərdə biz vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlığa, görülən işlərdə ictimai nəzarətin təmin olunmasına xüsusi önəm veririk. Sosial cəhətdən həssas əhali qruplarını əhatə edən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə mütəmadi görüşlər keçirilir. Yeni qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, sosial müdafiə tədbirlərinin daha səmərəli təşkilində onların rəy və təklifləri diqqətlə öyrənilərək nəzərə alınır.
S.Müslümov həmçinin sosial sifarişlər əsasında sosial xidmətlərin göstərilməsi ilə əlaqədar 20-dən çox ixtisaslaşmış QHT, məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün nazirlikdə akkreditasiya olunmuş 10 qeyri-dövlət qurumu ilə əməkdaşlıq həyata keçirildiyini bildirib. Qeyd edib ki, ötən ilin sentyabrında isə nazirliklə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb ki, bu da dövlət qurumları ilə həmin Şura arasında əməkdaşlığa dair imzalanan ilk əməkdaşlıq sənədi olub.
Hazırda nazirliyin ümumilikdə 50-yə yaxın QHT ilə əməkdaşlıq əlaqələrində olduğunu qeyd edən S.Müslümov nazirlik yanında İctimai Şuranın yaradılmasının bu sahədə mühüm addımlardan biri olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, aidiyyəti sahələr üzrə fəaliyyət göstərən və İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyən qeyri-hökumət təşkilatlarının iyulun 15-dən etibarən 30 iş günü müddətində öz proqram və təklifləri ilə həmin Komissiyaya müraciət etmələri üçün məlumatlandırma işi aparılıb. Həmçinin bununla əlaqədar nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki “İctimai Şura” bölməsində ətraflı məlumat yerləşdirilib. Beləliklə, çoxsaylı QHT-lərin iştirakı ilə keçən toplantıda tam şəffaf və demokratik şəraitdə İctimai Şuranın 15 vətəndaş cəmiyyəti institutundan ibarət tərkibi seçilib. Şurada təmsil olunan vətəndaş cəmiyyətləri barədə məlumatlar da nazirliyin rəsmi internet saytında yerləşdirilib.
S.Müslümov İctimai Şuranın formal bir qurum kimi mövcud olmayacağına və daim işgüzar ruhda fəaliyyət göstərəcəyinə, müvafiq sahələr üzrə qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, ictimai nəzarətin təmin olunmasında, əmək, məşğulluq, sosial müdafiə sahələrində qərarların qəbulunda, sosial müdafiə işinin daha səmərəli təşkilində əhəmiyyətli rol oynayacağına əminliyini bildirib, İctimai Şuranın üzvlərinə uğurlar arzulayıb.
Sonra İctimai Şuranın üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.
İclasda çıxış edən İctimai Şuranın üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs ediblər. Onlar nazirlik tərəfindən son illərdə əmək və sosial müdafiə sisteminin şəffaflaşdırılması və müasir texnologiyalar əsasında qurulması yönündə aparılan islahat tədbirlərinin önəmini qeyd edərək, İctimai Şuranın bu tədbirlərdə daha yaxından iştirak edəcəyini və öz töhfəsini verəcəyini bildiriblər.
İclasda Şuranın gündəliyinin müəyyən olunması və fəaliyyət istiqamətləri müzakirə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qarpız alarkən diqqətli olun! - şübhəli mənzərə ortaya çıxıb - VİDEO

20 İyul 2017 20:47

Turpaketlərin qiyməti ucuzlaşıb - VİDEO

20 İyul 2017 20:47

Qadının xəlq olunmasının səbəbi nədir?

20 İyul 2017 20:47

Firudin Hacıyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib -

20 İyul 2017 20:47

Mənzil bazarında durğrunluq yaşanır - VİDEO

20 İyul 2017 20:42

Ürək nədən ağrıyır?

20 İyul 2017 20:42

Gizli qulaqcıqlara maraq artıb: imtahanlarda istifadə edilib? - VİDEO

20 İyul 2017 20:42

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb - VİDEO

20 İyul 2017 20:37

Bəşər Əsədə ağır zərbə:

20 İyul 2017 20:36

Buzovna yolunda ölümlə nəticələnən qəza

20 İyul 2017 20:33

Səfir: Belçika Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmlənməsinə böyük önəm verir

20 İyul 2017 20:32

Aktrisa yaşına meydan oxuyur - FOTO

20 İyul 2017 20:32

Bir vaxtların sevilən serialı yenidən çəkilir - FOTO

20 İyul 2017 20:27

WhatsApp-dan möhtəşəm yenilik

20 İyul 2017 20:27

DİN və Baş Prokurorluq Bakıda baş vermiş qəza ilə bağlı məlumat yayıb

20 İyul 2017 20:27

Uşağı müstəqil yeməyə necə öyrətməli?

20 İyul 2017 20:22

2 il əvvəl tənqid olunurdu - indi isə... - FOTO

20 İyul 2017 20:17

Qəbir ziyarəti zamanı mərhumun ruhuna hansı duanı oxumaq lazımdır?

20 İyul 2017 20:17

Bakıda Gelandewagen-lə adam vuruldu

20 İyul 2017 20:12

Ev alan jurnalistlərin tam siyahısı

20 İyul 2017 20:12

"Banu"nun Güneli də ev aldı

20 İyul 2017 20:12

Möminin dostuna etinasızlığının acı cəzası

20 İyul 2017 20:12

Evində çəkdiyi yarıçılpaq fotolarını paylaşdı - FOTO

20 İyul 2017 20:05

Kəsdiyi ağac həyatına son qoydu

20 İyul 2017 20:05

Qanunsuz ağac kəsən şəxs üzərinə ağac düşməsi nəticəsində dünyasını dəyişib

20 İyul 2017 20:02

Yüzlərlə it bu körpüdən özünü atıb intihar etdi

20 İyul 2017 20:01

Ev verilən jurnalistlərin adları açıqlandı -

20 İyul 2017 19:58

Android istifadəçiləri - ehtiyatlı olun

20 İyul 2017 19:57

Ev verilən jurnalistlərin adları açıqlandı - SİYAHI

20 İyul 2017 19:53

Goranboyda keçirilən reyddə təhlükəli anlar - VİDEO - FOTO

20 İyul 2017 19:52

Buzovna yolunda avtomobil yoldan keçən piyadanı vurub

20 İyul 2017 19:52

İsmayıllıda kənd evləri – QİYMƏTLƏR

20 İyul 2017 19:52

ABŞ fondu yeni maliyyə böhranının mümkün səbəblərini açıqlayıb

20 İyul 2017 19:52

Bronxial astmanın pilləli müalicəsi

20 İyul 2017 19:52

Həzrət Adəmin övladına 5 nəsihəti

20 İyul 2017 19:47

Prezidentin ev hədiyyə etdiyi jurnalistlərin TAM SİYAHISI - ADLAR

20 İyul 2017 19:44

Yaddaşsızlıq riskini necə azaltmalı? - 9 VASİTƏ

20 İyul 2017 19:42

Kəskin ürək-damar çatışmazlığı

20 İyul 2017 19:42

Taleh Bağırov və digərlərinin apellyasiya şikayəti təmin edilməyib

20 İyul 2017 19:42

Bakıda yaşayış binasında yanğın

20 İyul 2017 19:38

Sabirabadda naməlum kişi meyiti tapılıb

20 İyul 2017 19:37

Ticarət danışıqları nəticəsiz başa çatıb

20 İyul 2017 19:37

Səudiyyə Ərəbistanında şahzadə həbs olundu -

20 İyul 2017 19:35

Tutuquşu şahidliyi: qadın ərinin qətlində təqsirli bilinib - FOTO

20 İyul 2017 19:32

Ən məşhur məhbus yeni əsərlər çəkib - FOTO

20 İyul 2017 19:32

Tanınmış aparıcı bu dəfə tamam fərqli FORMATDA qarşımıza çıxacaq - VİDEO

20 İyul 2017 19:28

Almaniyada kütləvi təxliyə - Bomba tapıldı

20 İyul 2017 19:27

"Çexiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir" - Səfir

20 İyul 2017 19:27

62 yaşında vəfat edən Harun Kolçak kimdir?

20 İyul 2017 19:27

Körfəz ölkələri tələblərini yüngülləşdirib - Qətər böhranı

20 İyul 2017 19:27