Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Marqaret Tetçerin şəxsi əşyaları hərracda 5 milyon dollara satılıb

Marqaret Tetçerin şəxsi əşyaları hərracda 5 milyon dollara satılıb

Date: 16 December 2015 14:33


Bakı, 16 dekabr, AZƏRTAC
Böyük Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçerin şəxsi əşyaları Christie's hərracında 3,3 milyon funt sterlinqə (təxminən 5 milyon dollar) satılıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hərracda ən bahalı lotlardan biri ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan tərəfindən Tetçerə hədiyyə edilən qartal heykəli olub. Bu lotun dəyəri ilkin olaraq 12 min dollar həcmində qiymətləndirilsə də, o, təxminən 400 min dollara satılıb.
Hərraca ümumilikdə təxminən 150 lot, online-satışa isə 200-ə qədər lot çıxarılıb. Kolleksiyanın satılması təklifinin Marqaret Tetçerin qohumları tərəfindən verildiyi bildirilir.
Xatırladaq ki, “Dəmir ledi” kimi tanınan Marqaret Tetçer Britaniya hökumətinə 1979-cu ildən 1990-cı ilədək başçılıq edib.
 


Tags:  Marqaret Tetçerin şəxsi əşyaları hərracda milyon dollara satılıb


RƏYLƏR


Top news