Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putinin sağ əli araşdırma mövzusu oldu (VİDEO, FOTO)

Putinin sağ əli araşdırma mövzusu oldu (VİDEO, FOTO)

Date: 16 December 2015 14:46

Rusiya lideri Vladimir Putinin dünyanın ən çox maraq göstərdiyi liderlər sırasındadır. Əvvəl qərb dövlətləri, sonra isə Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda ona, həyatına, davranışlarına olan maraq daha da artıb.

Son zamanlar isə Rusiya prezidenti Vladimir Putinin gəzərkən sağ əlini az yelləyərək bədəninə yaxın saxlaması, sol əlini isə daim hərəkət etdirməsi araşdırma mövzusu olub.

ANS PRESS-in məlumatına görə, Portuqaliya, İtaliya və Hollandiyadan bir qrup elm adamının birgə araşdırması ingilis tibb jurnalı "The BMJ"də nəşr olunub. Hollandiyadakı "Radboud Universiteti" araşdırmaçıları Putin və bəzi yüksəksəviyyəli rəsmilərin hərəkətlərini analiz edib.



Araşdırmalarına nəticəsinə görə, Putinin gedərkən sağ əlini az yelləyərək bədəninə yaxın tutması, sol əlini isə hərəkət etdirməsi illər əvvəl Sovet kəşfiyyatı "KQB"də aldığı təlimdən irəli gəlir. Sovet dövründə "KQB" agentləri tapançalarını qoltuğ hissəsində daşıyırdı. Sağ əlini isə silaha daha tez çatması üçün boş saxlanılırdı.

Qeyd edək ki, Putinin bu cür yerişinə KİV-də geniş ayrılmışdı. İddia edilirdi ki, Putin parkinson xəstəsidir. Ancaq son araşdırma belə bir halın olmadığını aşkara çıxarıb.


Rusiya prezidenti Vladimir Putin

Tags:  Putinin sağ əli araşdırma mövzusu oldu VİDEO FOTO


RƏYLƏR


Top news