Eldar müğənniləri qınadı: "Boş-boş danışırlar"

Eldar müğənniləri qınadı: "Boş-boş danışırlar"
15:05 16 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

"Eurovision 2011" qalibi Eldar Qasımov yeni qərar alıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bundan sonra efirlərdə az-az görünəcəyini bildirib:

"Bundan sonra boş-boş heç yerə çıxmayacam. Ancaq yeni klipim, mahnım olanda açıqlama verəcəm, efirə çıxacam. Hazırda boş-boş danışan, gündəmdə qalmağa çalışan müğənnilərimiz çoxdur. Çıxırlar, sənətdən, mahnıdan yox, başqa və mənasız mövzudan danışır, insanların diqqətini çəkməyə çalışırlar. Mən elələrindən olmaq istəmirəm".

E.Qasımov duet ortağı Nigar Camalla yenidən bir araya gəlib-gəlməyəcəyi ilə bağlı suallara isə belə cavab verib:

"Hələ ki, birlikdə çalışmaq planımız yoxdur. Ayrı-ayrılıqda fəaliyyətimizə davam edirik. Mən özümü belə daha rahat hiss edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/390671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR