Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Forbes” 2015-ci ilin ən uğurlu milyarderlərinin adını açıqlayıb

“Forbes” 2015-ci ilin ən uğurlu milyarderlərinin adını açıqlayıb

Date: 16 December 2015 15:23


Bakı, 16 dekabr, AZƏRTAC
ABŞ-ın nüfuzlu “Forbes” jurnalı 2015-ci il üzrə ən uğurlu milyarderlərin reytinqini dərc edib.
AZƏRTAC “lenta.ru” saytına istinadən xəbər verir ki, reytinq cədvəlində “Amazon” internet şirkətinin yaradıcısı Ceff Bezos liderdir. Belə ki, onun var-dövləti 29.5 milyard dollar artmaqla 58.4 milyard dollar təşkil edir.
Qeyd edək ki, cari ilin martında Ceff Bezos planetin ən zəngin insanları sırasında 15-ci pillədə qərarlaşıb. “Facebook”un həmtəsisçisi və direktoru Mark Zukerberq 45.6 milyard dollarlıq sərvətlə ikinci pillənin sahibi olub. “Alphabet” şirkətinin baş direktoru Larri Peyc reytinqin üçüncü pilləsində qərarlaşıb. Onun varidatı 38.4 milyard dollar məbləğində qiymətləndirilib. İlk beşlikdə, həmçinin “Alphabet” şirkətinin prezidenti Serqey Brin də yer alıb. Onun var-dövləti isə 37,6 milyard dollardır.

Tags:  Forbes 2015-ci ilin uğurlu milyarderlərinin adını açıqlayıb



RƏYLƏR


Top news