“Koordinasion birləşmələr kimyası” mövzusunda VI Respublika elmi konfransı keçirilib

“Koordinasion birləşmələr kimyası” mövzusunda VI Respublika elmi konfransı keçirilib
15:48 16 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 16-də Bakı Dövlət Universitetində (BDU) analitik kimya kafedrasının 80 illik yubileyinə həsr olunmuş “Koordinasion birləşmələr kimyası” adlı VI Respublika elmi konfransının plenar iclası keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov kimya fakültəsinin tarixi və fəaliyyətindən, fakültənin kimya elminin inkişafındakı rolundan danışıb. Qeyd edilib ki, Azərbaycanda kimya sahəsi milli elmi istiqamətlər içərisində ən qədimidir, Bakı Dövlət Universitetinin kimya sahəsində gördüyü işlər diqqətəlayiqdir. Bildirilib ki, ölkəmizdə kimya elmi çox dinamik və sürətlə inkişaf edir və bugünkü konfrans həmin sahəyə göstərilən diqqət və qayğının nəticəsidir.
Sonra universitetin tarixini əks etdirən film nümayiş olunub.
Analitik kimya kafedrasının müdiri, professor Famil Çıraqovun məruzəsi dinlənilib. F.Çıraqov kafedranın əldə etdiyi elmi nailiyyətlərindən, əlaqələrindən bəhs edib. Akademik Adil Qəribov, AMEA-nın müxbir üzvləri Mustafa Salahov və Məhəmməd Babanlı, analitik kimya kafedrasının professorları Nailə Verdizadə və Cəbrayıl Mirzəyev çıxışlarında kimya elminin inkişafında universitetin xidmətlərini qeyd ediblər, kimya fakültəsinin elmi-texniki bazasının möhkəmləndirilməsindən, laboratoriyaların müasir avadanlıqlarla təchiz edilməsindən, gənc alim və mütəxəssislərin elmi tədqiqatlarının aparılması istiqamətində görülən işlərdən danışıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Koordinasion_birlesmeler_kimyasi_movzusunda_VI_Respublika_elmi_konfransi_kechirilib-911712

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR