Xəzərdə yapon izi

Xəzərdə yapon izi
16:06 16 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Şimal bölgəsində ciddi ekoloji problemlərdən birinin həllinə başlanılıb.

ANS PRESS-in məlumatına görə, Sovet dövründən bu yana, təxminən 20 ildən artıqdır ki, Xaçmazdakı mərkəzi su təmizləyici qurğuların işləməməsi, fəaliyyətini tam dayandırması nəticəsində bölgənin çirkab suları çaylar vasitəsilə Xəzər dənizinə axıdılır.

Hal- hazırda 3 rayonun- Quba , Qusar və Xaçmaz rayonlarının çirkab suları-yəni kanalizasiya suları Qudyalçay vasitəsilə Xəzər dənizinə axır.

Xaçmaz su–kanal idarəsinin baş mühəndisi Bəybala Musayevin sözlərinə görə, köhnə kanalizasiya sistemi 1969-cu ildə təməli qoyulub. "1980-ci ildə təhvil verilən və gündəlik gücü 15000 kub su olan təmizləyici qurğu isə bu günə kimi tam istifadəyə verilməyib" - deyə o bildirib.

Xəzərin cirklenmesinin qarsini almaq ucun Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi layiheye əsasən Xaçmazın su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işlərinə 2012-ci ilden start verilib. Tullantı sularının optimal idarə edilməsi məqsədilə inşası planlaşdırılan 148 km uzunluğu olacaq kanalizasiya şəbəkəsinin ise helelik 12 km –i tikilib.

"Azərsu" ASC-nin Regionlararası Tikinti departamentinin mühəndisi Elnur Süleymanov deyir ki, növbəti il üçün tədbirlər planında çirkab su təmizləyici qurğunun tikilməsi nəzərdə tutulub. "Çirkab su təmizləyici qurğunun ümumi tutumu 70 min kub metr olacaq. İlkin mərhələdə 35 min kubluq tikiləcək, qalan hissəsi isə gələn il tikiləcək.

İki il müddətində başa çatacağı planlasdırılan yeni təmizləyici qurğuya Xaçmazla yanaşı, tullantı sistemi yenilənən Quba və Qusar rayonlarının da kanalizasiya şəbəkəsi qoşulacaq.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR