"Məmurların adlarını yazsınlar ki, xalqın cibinə girir və oğurluq edir" - müğənnilər vergidən danışırlar

"Məmurların adlarını yazsınlar ki, xalqın cibinə girir və oğurluq edir" - müğənnilər vergidən danışırlar
16:42 16 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Mourinyo da vergidən yayınmaqda ittiham olunur (20 İyun 2017 20:12)
Kriştianu Ronaldu vergidən yayındığına görə həbs oluna bilər (25 May 2017 12:17)
Bakıda mağazadan oğurluq anı - KAMERA GÖRÜNTÜSÜ (29 Aprel 2017 21:22)

Son günlər müğənnilərin vergi ödəyib-ödəməməsi məsələsi gündəmdədir. Vergilər Nazirliyi vergidən yayınma hallarının qarşısını almaq üçün toya gedən müğənniləri ciddi nəzarətə götürüb.

Ötən gün vergilər nazirinin I müavini Natiq Əmirov mətbuata açıqlamasında bildirib ki, şou-biznes nümayəndələrinin gəlir vergisi ödəməməsi halı uzun müddət davam etməyəcək və onlar tezliklə vergiyə cəlb olunacaqlar.

Milli.Az xəbər verir ki, musavat.com saytı mövzu ilə bağlı müğənnilərlə əlaqə saxlayıb. Xalq artisti Gülyanaq Məmmədova bildirib ki, toylara maddi çətinliyi olduğu üçün gedir:

"Hər bir Azərbaycan vətəndaşı qanunla vergi ödəməlidir. Bu təbiidir. Mən dövlət müəssisələrində çalışıram. Dövlət teatrının solisti, dövlət universitetinin müəllimi kimi mənim maaşımdan qanunu olaraq vergi tutulur. Buraya xalq artisti adını da əlavə etsək, maaşlarım  birlikdə  ayda 600 manat etmir. Mən toya getmək istəmirəm, amma gedirəm, bunu da danmıram. Toyda səsim korlanır, hər toya da gedə bilmirəm. Ehtiyaca görə toya gedirəm. Müğənni olaraq 600 manat maaşla necə dolanım? Mənim  makyajım, saç düzümüm, libasım var, hər gün  60 manat  makyajıma və saçıma verirəm, çəkilişlərə gedirəm. Bütün dövlət və bayram tədbirlərində iştirak edirik,  bir manat da təmənna güdmürük, səhnəni sevirik. Vergilər Nazirliyinə böyük hörmətim var. Mənə də müraciət olunub, onlara da  demişəm ki, toy müğənnisi deyiləm, ehtiyacım olduğu üçün gedirəm. Sözümü səhv başa düşməsinlər".

Əməkdar artist Cavan Zeynallı bildirib ki, artıq təqaüdə çıxıb: "Mən təqaüdə çıxmışam, vergi məsələsindən xəbərim yoxdur, müğənnilərə nə deyildiyini bilmirəm. Cavan müğənnilərlə görüşmürəm, ona görə də məlumatım yoxdur. İndi böhrandır, lakin bəzi müğənnilər elə qiymət deyirlər ki, baxıb dəhşətə gəlirsən. Onlar dəlidirlər ki, 2000-3000 manatdan danışırlar? Mən qalmaqala girmək istəmirəm. Zəmanə elədir ki, bir sözünə 10 cavab verirlər, biabırçılıq olur. Zəmanə çox pisdir. Mən təmizürəkli adamam, mənim sənətdə öz yolum var. Mən neçə ilin sənətkarıyam, vergi ilə bağlı cavanlara nə deyim?"

Müğənni Xatirə İslam müğənnilərin vergiyə cəlb olunmasını düzgün addım kimi qiymətləndirib: "Dövlətimiz nə qanun qoyursa, onunla getməliyik. Vəssalam. Vergilər Nazirliyi ilə heç bir problemim yoxdur. İllərdir ki, vergi ödəyirəm. Dövlətə vergi ödəmək borcumuzdur. Camaat necə ödəyirsə, biz də ödəməliyik".

Bəzi sənət adamları isə məsələyə sosial şəbəkədə münasibət bildiriblər. Onlar "Vergidən yayınıb, xalqın cibinə girən müğənnilər" ittihamlarına cavab veriblər.

Müğənni Kərim Abbasov qeyd edib ki, 8 ildir vergi ödəyicisidir: "Vallah, ayıbdır. Bəzi jurnalistlər "Vergi ödəməyib, xalqın cibinə girən müğənnilər" başlıqlı yazılar yazırlar. 8 ildir ki, vergi ödəyirəm. Azərbaycan Respublikasının qanunu hər kəs üçün qanundur. Halal pulumu qazanıram. Heç kimin cibinə girmirəm. Mənimlə bərabər 9 nəfər ailəsinə ruzi aparır, hər ailədə 4-5 nəfər var. Qurban olduğum Allah 2 dənə saç telindən nazik olan səslə neçə ailəyə ruzi verir. Bizi ittiham edən jurnalistlərin qələmləri itidirsə, özlərinə güvənirlərsə, hansısa dövlət məmurunun adını yazsın, qeyd etsin ki, xalqın cibinə girir və oğurluq edir". 

Müğənni Elçin Cəfərov isə jurnalistlərə müraciət edib:

"Bu günlərdə "şou-biznes nümayəndələrinin vergi məsələsi" mövzusu gündəmə gəlib.

Mən öz adımdan bildirirəm ki, vergi ödəmək nəinki müğənnilərin, hər bir şəxsin üzərinə düşəcək məsuliyyətdir və Azərbaycan qanunlarına riayət etmək bizim borcumuzdur. Jurnalist dostlarımızdan xahişim bundan ibarətdir ki, bu cür başlıqlar və müğənniləri düşürəcək səviyyədə yazılar yazmayın! Axı biz düşmən ölkənin yox, Azərbaycanın sənətçiləriyik".

Aparıcı-aktyor Sərxan Kərəmoğlu isə bildirib ki, Vergilər Nazirliyi doğru addım atıb:

"Vergilərə görə heç kim şəkil paylaşmır. Toya 12, 14, 16 minə gedən şou nümayəndəsi bacı-qardaşlar hardadırlar, niyə paylaşım etmirlər? Vergilər Nazirliyini qınayanlar heç də qınamasın. Çünki müəyyən imkanlı təbəqənin güdazına gedib müğənnilərə külli miqdarda pul verən ailə başçısı o pulları verərkən nə qədər heyfsiləndiyini heç bilirsiniz? Xalqın cibinə girib və əvəzində toyları yola verənlərin "risovkalı" şəkillərini görmürəm". 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rusiyalı gözəl Bakıya gəldi - FOTOlar

22 İyun 2017 20:57

ABŞ hökuməti polad idxalına məhdudiyyətlər tətbiq edə bilər

22 İyun 2017 20:57

Çexiyada istilər səbəbindən iş saatları azaldılıb

22 İyun 2017 20:55

Şimal regionunun ilk qadın nağaraçısı - VİDEO - FOTO

22 İyun 2017 20:52

Yalnız dəlicəsinə aşiq olan insanların münasibətləri haqqında 9 təsirli MƏQAM

22 İyun 2017 20:48

Əkizlər toya hazırlaşır

22 İyun 2017 20:42

Fransada azərbaycanlı məcburi köçkünlərin problemləri müzakirə olunub -

22 İyun 2017 20:40

BMT: Yer kürəsi əhalisinin sayı 2100-cü ilədək 11 milyarda çatacaq

22 İyun 2017 20:37

Bakı "İnter"inin rəqibi hazırlıq oyununda qalib gəldi

22 İyun 2017 20:37

Ramazanın 28-ci günü: dua, imsak və iftar vaxtı

22 İyun 2017 20:36

Ağstafada "Qrad" raketi tapıldı

22 İyun 2017 20:32

Qadınla kişi bir məsciddə?!...

22 İyun 2017 20:32

Ağstafada ″Qrad″ raketi aşkarlanıb

22 İyun 2017 20:29

DMX: Neft-qaz layihələrində işləyən azərbaycanlıların sayı 90 faizə yüksəldilib

22 İyun 2017 20:27

Səmranın anası: "Qızımın sponsoru özüməm" - FOTO

22 İyun 2017 20:27

DİQQƏT!

22 İyun 2017 20:26

Qırğızıstan və Qazaxıstan Suriya müharibəsinə qoşulur

22 İyun 2017 20:23

At uşağa dayəlik etdi: hər kəs təəccüb içində - VİDEO

22 İyun 2017 20:22

Azərbaycan şirkəti Avropa Olimpiya Festivalını idarə edəcək

22 İyun 2017 20:22

Təkbaşına 4 erməni zabiti güllələyən azərbaycanlının hekayəti - VİDEO - FOTO

22 İyun 2017 20:17

Almaniyada qasırğa - Ölən var

22 İyun 2017 20:17

Yaponiya şirkəti əməliyyatlarını Frankfurta köçürür

22 İyun 2017 20:12

Zülfiyyə Xanbabayevanın yeni mahnısı plagiatdır? - VİDEO

22 İyun 2017 20:12

Poroşenko: “Saakaşvili əfsus ki, əhəmiyyətli heç nə etmədi”

22 İyun 2017 20:08

Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq lazımdır

22 İyun 2017 20:08

Ana və oğlu "şeytan çarxı"ndan yıxılıb öldülər - VİDEO

22 İyun 2017 20:05

Bir il əvvəlki RAZILAŞMA, payızda QARABAĞDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

22 İyun 2017 20:03

Homoseksual modelyerin həyatı serial olur - FOTO

22 İyun 2017 19:57

Belçikada "Azərbaycan - tolerantlıq diyarı" adlı sərginin açılışı olub

22 İyun 2017 19:57

Almaniyada qasırğa - 1 nəfər ölüb

22 İyun 2017 19:55

Öldükdən sonra bədəndə nələr baş verir?

22 İyun 2017 19:54

Yeni il tətili ləğv edilə bilər - Rusiyada

22 İyun 2017 19:52

"Real" iki dünya ulduzu ilə razılığa gəldi

22 İyun 2017 19:47

Gecə saatlarında öpüşərkən tutuldular - FOTO

22 İyun 2017 19:47

Milli Məclisin deputatı Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

22 İyun 2017 19:42

ABŞ üçün Rusiyaya qarşı yeni QANUN LAYİHƏSİ

22 İyun 2017 19:38

Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək

22 İyun 2017 19:37

Gülşən Qədr gecəsi ziyarətdə

22 İyun 2017 19:37

Sabah Bakının bəzi hissələrində qaz olmayacaq

22 İyun 2017 19:36

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə mükafatlandırıldı

22 İyun 2017 19:35

Bakıda şirkət basqınında şübhəli bilinən şəxslərin axtarışı davam etdirilir

22 İyun 2017 19:33

"Neftçi" "Torino", "Eybar" və "Herta" ilə qarşılaşa bilər

22 İyun 2017 19:32

Tramp: “Obama niyə Rusiyanı dayandırmadı?”

22 İyun 2017 19:28

Səadətin anası ilə Bodrum tətili - FOTO

22 İyun 2017 19:27

"Heydər" məscidində qılınacaq bayram namazlarının vaxtı açıqlanıb

22 İyun 2017 19:27

Şəkidə 37 yaşlı kişini ilan sancdı

22 İyun 2017 19:18

Maşınqayırma sənayesi işçiləri fəxri ad və medallarla mükafatlandırılıblar

22 İyun 2017 19:17

Ziyafət Əsgərov Serbiyanın yeni Prezidentinin andiçmə mərasimində iştirak edəcək

22 İyun 2017 19:15

Zülfiyyə ərindən yaşca böyük olmadığını belə sübut etdi - FOTO

22 İyun 2017 19:12

"Ailəmizdə heç kim kral olmaq istəmir" - Şahzadə

22 İyun 2017 19:12