Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Büdcəyə daha bir zərbə

Büdcəyə daha bir zərbə

Date: 16 December 2015 17:01

Bu gündən paytaxtın bir sıra mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

ANS PRESS-in məlumatına görə, xüsusilə paytaxtın mərkəzi küçəsi olan Rəşid Behbudov küçəsinin kəsişməsindən Xəqani küçəsi , Azadlıq prospektinin kəsişməsinədək olan ərazilər,eləcə də Zərifə Əliyeva küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsinədək olan yol, bir neçə gün sürücülərin üzünə bağlı olacaq.




Təmirə bağlanan yollar

Adıçəkilən yollarda əsaslı təmir işləri aparılacağı gözlənilir. Asfalt örtüyü qaşınaraq yenisi ilə əvəzlənəcək,eyni zamanda nişanlama, xətləmə prosesləri həyata keçiriləcək.

Bakı şəhər dövlət yol polisinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun sözlərinə görə yolların təmiri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.Bu səbəbədən sürücülər alternativ yol kimi Nərimanov və Gənclik metrostansiyaları istiqamətindən hərəkət edərək Badamdar və Dairəvi yolla hərəkət edə bilərlər.


Vaqif Əsədov-Bakı şəhər dövlət yol polisinin rəsmisi


Bakı şəhər icra hakimiyyəti tərəfindən ilin sonunda mərkəzi küçələrdəki yolların hansı səbəbdən təmir olunduğunu soruşmaq istəsək də, qurumun mətbuat xidməti zənglərimizi cavabsız qoydu.

Sıxlıq, tıxaca səbəbə olan bu təmir işlərinin hansı səbəbdən aparaıldığına NİİM-in mətbuat katibi Şəfa Mehmanqızı aydınlıq gətirdi.

"Mərkəzi küçələrdə aparılan işlər paytaxtda keçiriləcək Formula 1 yarışları ilə əlaqədardır.Yarışdakı nəqliyyat vasitələri xüsusi asfalt örtüyü tələb etdiyi üçün adıçəkilən yollar yenidən təmir olunur”-deyə Şəfa Mehmanqızı əlavə etdi .


Şəfa Mehmanqızı-NİİM-in mətbuat katibi

Hüquqşünas Ərşad Hüseynov hazırda paytaxtda mərkəzi küçələrin deyil , təmirə ehtiyacı olan yolların yenidən qurulmasını vacib hesab edir. Ərşad Hüseynovun fikrincə yolların təmiri kifayət qədər bahalı işdir.




“Bu yolların yenidən təmirinə xərclənən vəsaiti paytaxtın istismara yararsız digər küçələrinə sərf etmək daha məqsədə uyğun olardı.Çünki hazırda paytaxtdakı minlərlə yol bərbad vəziyyətdədir. Onları qoyub istismara yararlı yolların yenidən təmir etmək sadəcə büdcədən itki deməkdir”-deyə Ərşad Hüseynov əlavə etdi.


Ərşad Hüseynov-hüquqşünas

Özü də az itki yox…Məsələn xarici təcrübədə yolun 1 km sıfır variantından tikilib təmir edilməsi 5-6 milyona başa gəlir. ABŞ -da 1 km yolu 5.9 milyona, Avropa Birliyi ölkələrində 6.9 milyona, Çin Çində isə 2.2 milyona çəkirlər. Bizdə isə bu rəqəm 10 milyonu ötür.

Amma hazırda dünya bazarında neftin qiymətinin kəskin düşdüyü və dövlət büdcəsində kəsir yarandığı bir vaxtda qurumların əhəmiyyətli olmayan işlərə bu qədər maliyyə vəsaiti sərf etməsi məqsədəuyğun hesab olunmur. Ölkənin iqtisadi vəziyyətində zəifləmə templərinin müşahidə olunduğu bir vaxtda bütün qurumlar bacardıqları qədər maliyyə vəsaitlərinə qənaət etməlidirlər.




Tags:  Büdcəyə zərbə


RƏYLƏR


Top news