Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı 921 min avro qazana bilər

Azərbaycanlı 921 min avro qazana bilər

Date: 16 December 2015 18:31

Praqada keçirilən "Main Event" poker çempionatına azərbaycanlı oyunçu liderlik edir.

ANS PRESS-in məlumatına görə, bu gün Praqada keçirilən Poker çempionatında iştirak edəcək 5 oyunçudan biri azərbaycanlı İlkin Əmirovdur. Bu yarış canlı olaraq televiziya vasitəsi ilə göstəriləcək.

Məlumata görə, həmyerlimiz, yarışmaya liderlik edir. O, ötən gün top 13-dən üç oyunçuya qalib gələrək, onları oyundan uzaqlaşdıb. Ümumiyyətlə, bu il İlkin üçün uğurlu olub. O, bir sıra yarışlarda kifayət qədər məbləğ qazanıb. Praqada keçirilən Poker çempionatında qalib gəlsə, bu yarış onun karyerasında ən böyük uğur olacaq.


İlkin Əmirov - azərbaycanlı


İlkindən sonra yarışın qalibgəlmə namizədlərindən biri rusiyalı Qleb Tremzindir. Əvvəlcə oyun başlayar-başlamaz, o, Papob adlı birinə uduzsa da, daha sonra görünür, iştirakçı masa arxasında oturmaqdan yorulub və oyunda Qlebə uduzub.


Qleb Tremzin - rus

Yarışmada əsas namizədlər arasında İlkin Əmirov və Qleb Tremzindən başqa, bolqar Slavin Papov və alman Tomas Butcxammer, fransız Olivye Ferrerodur.

Yarışda ümumilikdə 47 nəfər iştirak etsə də, 18 iştirakçı finala keçib.


"Main Event" poker çempionatının əsas oyunçuları

Poker üzrə çempionatın mükafat fondu aşağıdaki kimidir:

1. €921 540
2. €557 480
3. €391 910
4. €294 180
5. €226 330
6. €166 080

Tags:  Azərbaycanlı 921 min avro qazana bilər


RƏYLƏR


Top news