Cəlilabadın ucqar dağ kəndinə telefon xətti çəkilir

Cəlilabadın ucqar dağ kəndinə telefon xətti çəkilir
20:03 16 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 16 dekabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunun ucqar dağlıq ərazisində yerləşən Çünzəli kəndinə telefon xətti çəkilir.
AZƏRTAC xəbər verir ki, 50 təsərrüfatdan ibarət kəndin sakinləri bundan sonra genişzolaqlı internet xidmətindən istifadə etməklə, dünyanın istənilən nöqtəsi ilə rahat əlaqə yarada biləcəklər.
Ağdaş ərazi vahidliyinə daxili olan Çünzəli kəndində sovet vaxtında da telefon xətti olmayıb. Buna görə də sakinlər həm ölkədaxili, həm də beynəlxalq zənglər zamanı çətinlik çəkirdilər. Bu gün müasir texnologiyaların verdiyi imkanlar hesabına kənddə rabitə sahəsində olan problemlər aradan qaldırılıb, müasir standartlara cavab verən rabitə sistemi qurulub.
Bundan əvvəl isə rayonun dağ kəndlərindən olan Şatırlı, Buravar, Badamağac, Bədirli, Cəfərxanlı və digər kəndlərinə genişzolaqlı rabitə xətləri çəkilib.
Qeyd edək ki, Cəlilabad rayonunda genişzolaqlı internet istifadəçilərinin sayı 3500 nəfərə yaxındır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabadin_ucqar_dag_kendine_telefon_xetti_chekilir-911881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR