Məşhur Rusiya "kinofabrik"ində azərbaycanlılar - FOTO

Məşhur Rusiya "kinofabrik"ində azərbaycanlılar - FOTO
21:47 16 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Sovet kinosunun simasının formalaşmağında müstəsna rolu olmuş kinostudiyalardan biri də Moskvanın Maksim Qorki adına uşaq və gənclər filmləri kinostudiyasıdır. Bu kino istehsalı və kino yaradıcılığının ən münbit məkanlarından birinin kino tarixindəki yerini dərk etmək üçün "Sakit Don", "Bazar ertəsinədək yaşayarıq", "Zabitlər", "Burada üfüqlər sakitdir", "Baharın on yeddi anı" kimi ekran şedevrlərinin adlarını çəkmək kifayətdir. Milli.Az olaraq səylərimizi maksimal dərəcədə səfərbər edib bu il 100 illik yubileyini qeyd edən kinostudiyanın fəaliyyətində Azərbaycan adlarının varlığını araşdırmağı lazım bildik. Araşdırmamız çətinliklərlə üzləşdiyindən arayış formatı ilə kifayətlənməli olduq.

Kinoşünas və kinorejissor Ayaz Salayevdən öyrəndik ki, hazırda ABŞ-da yaşayan prodüser Rauf Atamalıbəyovun babası İsmayıl Səfərov Qorki adına kinostudiyanın operatorlarından biri olub.

Başqa bir həmyerlimiz və soydaşımız Kərim Əmirov isə bu kinostudiyada səs rejissoru vəzifəsində çalışıb. Filmoqrafiyasında "Şair və çar" (1927), "Mişka Strekaçovun qeyri-adi səyahəti" (1959), "Mişka, Seryoqa və mən" (1961), "İnanın mənə, insanlar" (1964), "İqor İlyinski ilə görüşlər" (1965), "Pəncəni ver, dostum!" (1967), "Bu, kəşfiyyatda olmuşdu" (1968), "III Napoleon" (1978) kimi filmlər var.

Keçmiş sovet və müasir Azərbaycan kinematoqrafiyasının tanınmış nümayəndələri olan Ramiz Fətəliyevin və Maqsud İbrahimbəyovun da adı digər kinostudiyalarla bərabər Qorki kinostudiyası ilə də bağlıdır. 1971-ci ildə bu kinostudiyada M.İbrahimbəyovun ssenarisi üzrə "Qoy o, bizimlə qalsın", 1975-ci ildə "Yeraltı dağ mağarasının sirri", 1983-cü ildə R.Fətəliyevin ssenarisi əsasında "Xüsusi risk olmadan" adlı sovet kinematoqrafiyasının kifayət qədər məşhur filmləri çəkilib.

Aktyorlarımız arasında da yaradıcılıq yolu bu kinostudiyadan keçənlər yox deyil. Onların arasında ən parlaq nümunə Hüseynağa Sadıqovun Böyük Vəzir rolunda çəkildiyi "Ələddinin sehrli lampası" (1966) ekran əsəridir. Məhz yaradıcı heyəti beynəlmiləl tərkibli olan bu təkrarsız ekran əsərinin, deyərdim ki, bütün dövrlərin ən yaxşı klassik nağıl ekranlaşdırmalarından birinin sayəsində hər bir azərbaycanlının tanıyıb-sevdiyi "Xoruz baba"nın sənətkarlığı ümumittifaq və daha geniş auditoriya tərəfindən də kəşf edilib. Böyük sovet rejissoru Boris Rıtsarev, Sultanın məsləhətçisi rolunu oynayan Gergi Milyar "Min bir gecə" nağıllarından birinin ekran versiyasının daha canlı alınmasından ötrü məhz yaradıcı heyətin Şərqə ən yaxın nümayəndəsi olan Hüseynağa Sadıqovla məsləhətləşirmişlər. Sevimli "Xoruz baba"mızının bu baxımlı filmə cəlb olunması isə dublyaj sahəsindəki fəaliyyəti sayəsində baş tutub - tez-tez "Mosfilm" və Qorki kinostudiyalarının filmlərini azərbaycanca səsləndirən Hüseynağa Sadıqovu ittifaq rejissorları yaxşı tanıdıqları üçün bu filmə və həm də mərkəzi rollardan birinə dəvət ediblər. Dublyajdan söz düşmüşkən, öz ruscasının səlisliyini bəyənməyən H.Sadıqov bir çox digər obrazlar kimi Böyük Vəziri də Şərq koloritinin əvəzsiz canlı ifasdəsinə üstünlük verən rejissorların təkidi ilə özü səsləndirib.

Azərbaycanın əməkdar artisti Ötkəm İsgəndərov isə "VGİK" (Всесоюзный Государственный Институт Кинематографии - red.) də oxuduğu illərdə M.Qorki adına kinostudiyada istehsal olunan "Naqqal" adlı filmlə bağlı bir məqamı da danışdı: "O filmin ssenarisində, qeyd edim ki, bu, Sergey Bodrovun ssenari müəllifi kimi ilk işi idi, Maqsud adlı azərbaycanlı obrazı da var idi. O rola çəkilmək üçün bir neçə respublikadan, o cümlədən Azərbaycandan da müxtəlif aktyorlar dəvət etmişdilər. Amma quruluşçu rejissor Vladimir Roqovoy oyunumu bəyəndiyi üçün həmin rola mən təsdiq olundum. Onu da deyim ki, həmin vaxta qədər sovet kinosunda azərbaycanlı obrazını azərbaycanlı aktyorlardan başqa bir sıra digər millətlərdən olan aktyorlar oynamışdılar. Və məhz "Naqqal" filmində azərbaycanlı obrazını canlandıran ilk azərbaycanlı aktyor mən oldum. Öz tapıntılarımla obrazın xarakterini açdım. Obraz isə bundan ibarət idi ki, Azərbaycandan Rusiyaya guya təhsil almağa getmiş, əslində isə qohum-əqrəbası dalında dayanan, onun təhsili ilə bağlı bütün məsələləri, problemləri pulla həll etməyə vərdiş etmiş bir ailənin nümayəndəsinin obrazı idi. Real mənzərə buna çox yaxın idi - Moskvaya oxumağa göndərilənlərin əksəriyyəti o təhsilə heç bir marağı olmayan, sadəcə nüfuz xatirinə gedən "zavmaq"ların, prokurorların uşaqları idi. Amma belə bir rolu oynadığıma görə Bakıdakı yüksək dairələrdən zərbələr aldım. Səbəb də onu görürdülər ki, o cür rolu ekranda canlandırmaqla millətin adına guya ləkə vururam. Elə bu damğa ilə də kinostudiyanın o vaxtkı direktoru düz yeddi filmdə çəkilməyimə qadağa qoymuşdu. Yalnız Dövlət Kino Komitəsinin sədri "Naqqal" filminə baxıb tərifləyəndən sonra bizimkilər də mənim rolum haqqında müsbət rəy vermişdilər".

Yeri gəlmişkən, məşhur "VGİK" Qorki kinostudiyasının qonşuluşunda yerləşir. Və bu ali kino təhsili ocağında oxumuş həmyerlilərimiz kinostudiyanın nəinki pavilyonlarının, yeməkxanasının ab-havasına bələddirlər. Təəssüf ki, onların yaradıcı imkanları kinostudiyada istehsal edilmiş filmlərin ərsəyə gəlməsində daha gen-bol istifadə edilməyib.

Samirə Behbudqızı
Milli.Az





































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Müdafiə Nazirliyindən ermənilərin yaydığı dezinformasiyalara CAVAB

18 Avqust 2017 15:08

Barselona terroru - terrorçular həm də düşmənçilik toxumu səpirlər

18 Avqust 2017 15:02

Formatı dəyişən "Lider" TV 14 saatlıq yayıma keçir – AÇIQLAMA

18 Avqust 2017 14:58

Balakən “ABAD”çılarının məhsulları satışa çıxarılıb

18 Avqust 2017 14:57

3350 tələbə ali məktəbini dəyişmək istəyir

18 Avqust 2017 14:54

"Yayılan sənədlər saxtadır" - Müdafiə Nazirliyindən CAVAB

18 Avqust 2017 14:49

Əməkdar artistin həyat yoldaşı əzələli bədənini nümayiş etdirdi – FOTOLAR

18 Avqust 2017 14:48

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistanın yaydığı sənədlər tamamən saxta və uydurmadır

18 Avqust 2017 14:47

Azərbaycanda investisiyaya yönəldilən bank kreditlərinin həcmi artıb

18 Avqust 2017 14:47

Yaşıl pomidor turşusunun hazırlanması

18 Avqust 2017 14:47

FHN bir nəfəri dənizdə batmaqdan xilas etdi

18 Avqust 2017 14:44

Avropa terror meydanına çevriləcək: Üç min döyüşçü QAYIDIR

18 Avqust 2017 14:43

Bu günədək üç mindən çox tələbə universitetlərini dəyişmək üçün qeydiyyatdan keçib

18 Avqust 2017 14:37

Rusiya əhalisi yenidən azalmağa başlayıb

18 Avqust 2017 14:37

"Binə"dən növbəti transfer

18 Avqust 2017 14:37

"Barselona"dan 300 milyonluq transfer

18 Avqust 2017 14:37

“Microsoft HoloLens” eynəyi muzey eksponatlarına vizual effektlər əlavə edəcək

18 Avqust 2017 14:35

Dövlət qulluğuna qəbulun keçid balları - SİYAHI

18 Avqust 2017 14:33

TAP-ın Yunanıstan və Albaniyadan keçən hissəsinin 387 km-i qazılıb

18 Avqust 2017 14:32

VİDEO: Bu il Azərbaycanda evdən qaçan gəlin və qızlar

18 Avqust 2017 14:32

MTN- generalı Elçin Quliyev: "Heç kimdən pul almamışam" - MƏHKƏMƏDƏN

18 Avqust 2017 14:24

Barselona terrorunda əsas şübhəlinin adı açıqlandı

18 Avqust 2017 14:23

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək

18 Avqust 2017 14:21

Keçmiş MTN əməkdaşı: "Eldar Mahmudov Nizami Şirinovu icra başçısı Gülağa İslamovun yanına 25 hektar torpağın alınması üçün göndərmişdi"

18 Avqust 2017 14:17

Bakıda 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb

18 Avqust 2017 14:17

Göygöldə arvadını və qaynanasını öldürən şəxs: "Arvadımı başqası ilə gəzdiyi üçün öldürdüm"

18 Avqust 2017 14:12

Samir Əliyev: "Neftçi" "Səbail"ə uduzmaq istəməz"

18 Avqust 2017 14:12

Rusiyanın müdafiə naziri: "Xəzərdəki donanmamız 500-dən çox döyüş təlimi keçirib"

18 Avqust 2017 14:07

"İlk işim Arsen Vengeri göndərmək olacaq"

18 Avqust 2017 13:59

Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə

18 Avqust 2017 13:56

Breyn Rinqə hazırlıq çərçivəsində görüş keçirilib

18 Avqust 2017 13:52

Prezidentin yeganə nöqsanını açıqlayan BİRİNCİ LEDİ: “21-ci əsr qadınların DÖVRÜ OLACAQ” - FOTO

18 Avqust 2017 13:48

“CinemaPlus”da “Killerin cangüdəni” filminin premyera öncəsi nümayişi keçirilib

18 Avqust 2017 13:47

Dəniz yanıqları və günəş ləkələrini yox edir

18 Avqust 2017 13:42

Barselona 15 nəfəri ölümdən xilas edən TÜRK - DÜNYA ONDAN DANIŞIR

18 Avqust 2017 13:38

Belə qal, Əfran!

18 Avqust 2017 13:37

Dəhşətli yol qəzası: 7 ÖLÜ, 10 YARALI

18 Avqust 2017 13:36

Ərdoğan Bakıya gəlir - TARİX AÇIQLANDI

18 Avqust 2017 13:34

Azərbaycan ilə Boliviya vizaların ləğvi barədə saziş imzalayıb

18 Avqust 2017 13:27

"Barselona üçün birlik vaxtıdır" - Arda Turan

18 Avqust 2017 13:27

Ərdoğanın Azərbaycana səfərinin tarixi açıqlandı

18 Avqust 2017 13:23

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki 1,5 il azadlıqdan məhrum edilib

18 Avqust 2017 13:22

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

18 Avqust 2017 13:22

Göygöldə arvadını və qaynanasını qətlə yetirən şəxslə bağlı məlumat

18 Avqust 2017 13:22

DYP: Avtomobillərin texniki tələblərini pozan 11013 sürücü inzibati məsuliyyətə cəlb edilib

18 Avqust 2017 13:17

Yoğurt xəstəliyə yol açır

18 Avqust 2017 13:14

“Ambisiyalarım prezidentlikdən daha yuxarıdır” - Saakaşvili hədəfini AÇIQLADI

18 Avqust 2017 13:13

Yol polisindən sürücülərə MÜRACİƏT: bu işıq lampaları təhlükəlidir

18 Avqust 2017 13:09

Türkiyəyə qarşı XAİN PLAN: Gizli danışıqların detalları MƏLUM OLDU

18 Avqust 2017 13:08

Baş konsulluqda YANĞIN

18 Avqust 2017 13:07